vaxtlı-vaxtında oxuyun! Cümə, 13 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
«Uçuşlara qarşı tədbirlər görüləcək» 17:03 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 2700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Uçuşlara qarşı tədbirlər görüləcək»

DMAA Xocalı hava limanını xəbərlərinə reaksiya verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Xocalı hava limanından hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən «Aviasiya Haqqında» Qanuna və «Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları»na uyğun tədbirlər görüləcək.

Bu barədə «Trend»ə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) məlumat verilib.

Bildirilir ki, Xocalı hava limanının Azərbaycanın Respublikasının Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, «Aviasiya Haqqında» Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib.

Uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən «Aviasiya Haqqında» Qanuna və «Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları»na uyğun tədbirlər görüləcək.