
Keçmiş prezidentə 27 il həbs qərarı
Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib
Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib
On minlərlə etirazçı Bolsonaruya dəstək üçün küçələrə çıxıb
“Bir ölkənin apardığı ticarət müharibələri dünya iqtisadiyyatının tarazlığını pozur”
Prezident Lula ABŞ-ın sanksiyalarını dəstəkləyənləri vətən xaini adlandırdı
Braziliya İEA-ya tam üzvlük üçün rəsmi müraciət edib
Çin-Braziliya nikel anlaşmasına ABŞ-ın “müdaxilə” etməsini istəyir
Dünyanın ən yaşlı insanı doğum gününü qeyd etdi
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Lula da Silva DTT-yə tarif narazılığını bildirib
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
ABŞ-lı senator Lindsi Qraham Rusiyadan neft alan Çin, Hindistan və Braziliyanı 100 faiz gömrük vergisi ilə hədələdi
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
Səbəbini öyrənənlər qəzəbləndilər
«The Sun» qəzeti yazır ki, Braziliya qəbiristanlıqlarından biri əfsanəvi futbolçu Mane Qarrinçanı 1983-cü ildə iki dəfə dəfn etməsinə baxmayaraq onun sümükləri yoxa çıxıb.
«Xaqlın sevinci» ləqəbini qazanmış Qarrinça 1958 və 1962-ci illərdə dünya çempionu adını qazanıb və Pele və Mario Zaqallo kimi oyunçularla çiyin-çiyinə yarışıb.
O 1983-cü ildə alkoqolizmlə uzun mübarizədən sonra vəfat edib və Rio de Jeneyronun 60 kilometrliyindəki doğma şəhəri Maqedə torpağa tapşırılıb.
Lakin bu şəhərin rəsmiləri «Extra» qəzetinə deyiblər ki, futbolçunun sümükləri qəbirdən çıxarılıb və onların yerini bilən yoxdur.
«Bizə deyiblər ki, onun cəsədi eksqumasiya edilib və sümükləri siyirtməli məzar divarına qoyulub. Lakin əlimizdə bu barədə heç bir sənəd yoxdur», - deyib məzarlığa cavabdeh rəsmilərdən biri.
Braziliyada qəbiristanlıqlar iki sektora bölünür. Bir sektorda mərhumlar torpağa basdırılır, ikinci sektroda isə kremasiyadan sonra ölənin külləri və ya sümükləri divardakı siyirtmələrə yerləşdirilir.
Məsələ burasındadır ki, Maqedəki Raiz da Serra qəbiristanlığında üzərində Qarrinçanın adı olan iki sərdabə var.
Onlardan birində Qarrinça ilk dəfə 1983-cü ildə, başqa ailə üzvləri ilə yanaşı dəfn edilib. İkinci məzarın isə obeliski var və o 1985-ci ildə inşa olunub.
Qarrinçanın qızı «Reuters» agentliyinə bildirib ki, qəbirqazanlardan biri ona atasının bu iki məzardan birində ola biləcəyini söyləyib.
Lakin sonunda Rosanqela Santos atasının iki məzardan heç birində olmadığını öyrənib.
«Biz onun harada olduğunu bilmirik, - deyib qadın, - şəhər meri bizə mavzoley vəd etmişdi, amma indi gərək əvvəlcə onun sümüklərini tapsınlar».
Lakin verdiyi vədə baxmayaraq şəhər meri Santosun emaillərinə və telefon zənglərinə cavab vermir.
Mer Tubarao «Extra» qəzetinə deyib ki, indi yeganə çıxış yolu hər iki sərdabədəki qalıqları DNT analizi etməkdir. Amma buna görə futbolçunun yaxın qohumlarının razılığı olmalıdır.