İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:51 | 11 iyun 2017 | Bazar
Məqaləyə 2518 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Ötən həftə Tehranda parlament binasına və Xomeyninin mavzoleyinə hücum edən İŞİD terrorçuları İran ərazisinə Ermənistandan keçib. Virtualaz.org xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) başqanı Göksel Gülbey deyib. Bundan əvvəl ASİMDER başqanı Ermənistanın Əfqanıstandan 8 min muzdlu gətirərək Qarabağda yerləşdirdiyini iddia etmişdi.
Əsassız erməni iddialarına qarşı elə ermənilərin öz taktikası ilə mübarizə aparan Göksel Gülbey bu dəfə deyib ki, onun bölgədəki xəbər qaynaqları Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarında terror qruplaşmalarının təlim düşərgələrini açdığını təsdiq edir. ASİMDER başqanı bundan əvvəl Ermənistanın Qarabağda PKK düşərgəsi açdığı haqda dediklərinin «təsdiqini tapdığını» bildirib. O, qeyd edib ki, Ermənistan 2016-cı ildə Suriyada yaşayan ermənilərin bir hissəsini təyyarə ilə İrəvana gətirib, oradan onları Qarabağda məskunlaşdırıb.
«Bu gələn Suriya erməniləri içərisində İŞİD-çilərin ola biləcəyini Rusiya kəşfiyyatı da bildirmişdi. Aylar əvvəl gəlib yerləşən və Ermənistan üzərindən İrana giriş-çıxışında problem yaranmayan bu Suriya vətəndaşları həmin terror hücumlarını həyata keçirib. İran Türkiyə ilə birlikdə Qətəri dəstəklədiyi üçün hədəf seçildi», - ASİMDER başqanı bildirib.