
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Sovet və Rusiya yazıçısı, «Zavtra» qəzetinin redaktoru, tanınmış ictimai xadim Aleksandr Proxanov Bakıda səfərdə olub. Səfər zamanı Proxanovu Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva qəbul ediblər. Yazıçı səfər təəssüratları barədə virtualaz.org-a geniş müsahibə verib. Və belə görünür ki, Rusiya mediası da Proxanovun Bakıya səfərini maraqla qarşılayıb. «Komsomolskaya Pravda» qəzetinin əməkdaşı Aleksandr Qamov bildirir ki, o, bu gün iyunun 28-də «Facebook»da təsadüfən Proxanovun Bakıda prezident Əliyevlə çəkilmiş fotosuna rastgəlib. Və dərhal sevimli yazıçısınaa zəng vurub. Məlum olub ki, Proxanov Bakıdan təzəcə qayıdıb:
- Allo, Aleksandr Andreyeviç! Mən belə başa düşdüm ki, təzəcə Bakıdan qayıtmısınız...
- Hə, gecə gəlmişəm. Bakıya səfərim zamanı biz prezident Əliyevlə saat yarım söhbətləşdik. Mən onunla Azərbaycanın, Rusiyanın və bütün bəşəriyyətin aktual problemlərini müzakirə etdik.
- Bəs İlham Heydəroviçin xanımı-vitse-prezident Mehriban Əliyeva ilə necə, təsadüfən onunla da söhbətləşmədiniz ki?
- Bəli, mən ertəsi gün vitse-prezident, xanım Əliyeva ilə görüşə dəvət olundum və bizim söhbətimiz 45 dəqiqə davam etdi. Lakin biz bu görüşdə siyasətdən yox, fəlsəfədən, həyata baxışlardan, bizim bugünkü əzabkeş dünyamızda yaranan ideyalardan danışdıq. Bu, siyasətçidən daha çox iki kulturoloqun söhbəti idi.
- Əliyevlər sizdə hansı təəssürat oyatdı?
- Çox yaxşı. Ağıllı, ziyalı adamlardır. Mənə onlarla söhbət etmək çox maraqlı idi. Görüşlərə görə onlara minnətdaram.
- Belə başa düşdüm ki, siz Azərbaycana prezidentin dəvəti ilə getmişdiniz, elədir?
- Hə. Bu dəvətlə bağlı səfər idi-Azərbaycan prezidenti məni bu şərəfə layiq görmüşdü. Və bu səfərin nəticəsində biz Bakıda İzbor klubunun filialının açılması barədə razılıq əldə etdik. Ona görə ki, Rusiyanın ziyalıları və intellektualları Azərbaycanın ziyalıları, intellektualları ilə sıx, tez-tez ünsiyyətdə olsunlar.
Bundan əlavə mən doğma İvanovka kəndinə baş çəkməyi çox arzu edirdim, orada malakanlar, XVIII əsrdə Rusiyadan getmiş ruslar yaşayır, mənim əcdadlarım da oradandır. Və mən fürsətdən istifadə edərək bu füsunkar malakan kəndinə baş çəkdim.
- Bəyəm sizin əcdadlarınız Azərbaycandadır?
- Mənim əcdadlarım gələcək Azərbaycanın ərazisində qalmış rus malakan kəndindəndir.
- Doğrudan?
- Hə, axı ruslar Qafqaza gediblər, bu da onların bir qoludur.
- Çox maraqlıdır. Yəni ki siz oradan əliboş dönməmisiniz...
- Əlbəttə əliboş gəlməmişəm, çünki malakanlar mənə şərab, meyvə hədiyyə elədilər, ən başlıcası boş qəlblə qayıtmamışam. Çünki mən orada ilahi malakan nəğmələrini dinlədim, əriştə yedim, hansı ki, nənəm uşaqlıqda mənə yedirtmişdi, və elə məqam oldu ki, hətta gözlərim doldu, çünki məndə ruhi həyəcan baş qaldırmışdı...