vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QƏZA, FACİƏ  
Daha bir ölüm 11:58 | 13 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir ölüm

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib

Azərbaycanda əsgər özünü güllələyib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin verdiyi məlumata görə, yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından açılmış atəş nəticəsində xəsarət alıb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.