50 yaşlı kişinin 62 yaşlı qadınla nikahı ləğv edildi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
19:04 | 14 iyul 2017 | Cümə
Məqaləyə 2285 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
«Dağlıq Qarabağda münaqişənin alovlanması qlobal müharibəyə gətirib çıxara bilər. Axı Dağlıq Qarabağ ətrafında mübahisələr təsadüfi deyil. Münaqişə qlobal hökmranlıq əldə etmək istəyən ölkələr tərəfindən yaradılıb». Bu barədə virtualaz.org-a akademik, Ukrayna İqtisadi Elmlər Akademiyasının prezidenti Anatoli Peşko Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, münaqişə zonalarında zərgər dəqiqliyi ilə siyasət yürütmək lazımdır. «Hazırda Rusiya və Birləşmiş Ştatlar arasında ciddi mübarizə gedir və Qarabağda vəziyyət kəskinləşərsə, maraqlı tərəflər Azərbaycan və Ermənistan xalqlarının maraqlarını nəzərə almayacaqlar», - ekspert əminliklə bildirib.
«Ümumiyyətlə, diqqət yetirin: Rusiya ilə həmsərhəd bir çox ölkələrdə hərbi münaqişələr yaranıb. Bu da təsadüfi deyil. Xalqlara məşəqqətlər gətirmiş «ərəb baharı» kimi. Bir vaxtlar indi dünyadan köçmüş Zbiqnev Bjezinski «ərəb baharı» barədə danışarkən demişdi ki, bu, MKİ-nin öz tarixi boyunca həyata keçirdiyi ən uğurlu əməliyyatdır».
Məhz buna görə Peşko hesab edir ki, ən pis sülh belə ən yaxşı müharibədən yaxşıdır. «Əgər hər hansı münaqişəni sülh yolu ilə tənzimləməyə ən kiçicik də olsa imkan varsa, danışıqlara getmək lazımdır. Minsk formatı ideal deyil, lakin mən xalqların əzab çəkməməsi naminə ölkələr arasında istənilən qarşılıqlı əlaqə variantını üstün tuturam. Yaxşı olardı ki, toplar deyil, insanlar danışsın. Həmişə istənilən, hətta ən az nəzərə çarpan təmas nöqtələrini axtarıb tapmaq lazımdır.
Uinston Çörçill deyirdi ki, bütün müharibələr danışıqlar masası arxasında başlayır və elə orada da bitirlər. Ölkələr və xalqlar nə qədər düşmənçilik etsələr də, son nəticədə gec, ya tez sülh bərqərar olur».