
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... zəhərli siyasət
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
Rusiyadan Azərbaycana qarşı yeni isteriya başlayıb
Putin səhvlərinin bədəlini ödəməyə hazır olmalıdır
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısı olacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə «İzvestiya» qəzetinə bildirib.
«Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib», - mənbə bildirib.
Rusiya XİN-dəki mənbə qeyd edib ki, konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. «Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir», - mənbə deyib.
Xəbər verildiyi kimi bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə payızda görüşə biləcəyini mümkün hesab etdiyini bildirib. Sərkisyanın sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə yüksək səviyyədə görüşün təşkili barədə müraciət edib. «Biz bu görüşdən çox şey gözləməsək də ona qarşı deyilik», - Sərkisyan bildirib.
Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan plan təklif etdiyi haqda məlumatlar yayılmışdı.