vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 10 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
Anası Vidadi İsgəndərlidən imtina etdi 12:25 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anası Vidadi İsgəndərlidən imtina etdi

Keçmiş prokurorun ailəsi İlham Əliyeva məktub ünvanlayıb

Bir müddət öncə gizli müxalifətin əsas ekstremistlərindən biri, hazırda Gürcüstanda qeyri-leqal yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət ediblər. Bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.

Öz müraciətində V.İsgəndərlinin anası Həbibə İsgəndərova və onun qardaşı İsfəndiyar İsgəndərov V.İsgəndərlinin fəaliyyəti ilə bağlı hiddətlərini dövlət başçısının diqqətinə çatdırıblar. Məktubda deyilir ki, «ailənin üzvü bilərəkdən Azərbaycan barədə şər-böhtan xarakterli məlumatlar və bəyanatlar yayır və bu səbəbdən onlar Vidadini artıq ailə üzvü kimi qəbul etmirlər, belə ki, o, İsgəndərli nəslinin adını ləkələyib».

İsgəndərli ailəsinin Azərbaycan prezidentinə müraciətində müxalifətçi ekstremistin anası və qardaşı hakimiyyətdən «bu utanc damğasından qurtulmaqda yardım» istəyirlər.