


Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Erməni politoloq, «Modus Vivendi» mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.
Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır. «Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaq, ərazi ikincidir, ilk olan xalq və həmin torpağı qoruya biləcək insanlardır», - virtualaz.org xəbər verir ki, bunu «Aravot»a müsahibəsində Papyan deyib.
Silahlanmadan danışan Papyan hesab edir ki, iş Ermənistanın tez-tez söz açdığı «İskəndər»lərin tətbiqinə gəlib çatmayacaq. «İskəndər» alternativin qalmadığı hallarda əl atılacaq son silahdır», - politoloq bildirib.
Qeyd edək ki, Papyan əvvəllər də Ermənistanda yaranmış vəziyyət barədə səs-küylü bəyanatlar verib. Bir neçə ay öncə o, Qarabağda baş verənləri «sürünən müharibə» adlandırmış və demişdi ki, hərbi əməliyyatların davam etdirilməsinin Xankəndinin üzərində bayrağın dəyişməsinə gətirib çıxaracağını Ermənistanda gözəl anlayırlar.
Keçmiş səfirin fikrincə, hadisələrin inkişafının daha bir variantı budur ki, «erməni tərəfi yeddi rayonu güzəştə gedəcək və əvəzində Dağlıq Qarabağ üçün aralıq status alacaq. İstək olduğu halda bunu qarşılıqlı güzəşt adlandırmaq olar. Deyəcəklər ki, bəs yeddi rayonu güzəştə getdik, onlar da Dağlıq Qarabağ üçün statusu güzəştə getdilər və gələcək barədə hansısa vədləri verdilər. Fəqət bunlar müqayisə ediləcək güzəştlərdirmi? Əlbəttə ki, yox! Bu qarşılıqlı güzəşt deyil, təslimçilikdir. Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonra 2, daha sonra isə 5 rayonu almaq, dördüncü mərhələdə Zəngəzuru, sonda isə İcevanı (Göyçə - red.) əldə etmək istəyir. Bu da olacaq. Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir. O heç vaxt deməyib ki, mənə bir hissəni verin, bununla kifayətlənim».