Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:06 | 8 sentyabr 2017 | Cümə
Məqaləyə 3928 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavelin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşəcəkləri xəbəri sentyabrın 7-də yayıldı. Xəbər yayılandan bir neçə saat sonra görüş başladı. Bu, görüşün son ana qədər məxfi saxlandığından xəbər verir. Fevral ayında da oxşar hadisə baş vermişdi. Rusiya və ABŞ baş qərargah rəislərinin Bakıda görüşəcəyi xəbəri yayıldıqdan bir neçə saat sonra Azərbaycan paytaxtında görüş başladı.
Qlobal mövzuların müzakirəsi üçün ikinci dəfədir ki, Bakı seçilir. Niyə Bakı?
Daha əvvəl Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə etmişdilər. Azərbaycan Suriyaya yaxın olduğundan görüş yeri kimi Bakı seçilmişdi. Müxtəlif səbəblərdən görüş yeri kimi Suriyaya qonşu olan İran və Türkiyə seçilə bilməzdi. Çünki hər ikisinin Suriyada fərqli maraqları var. Azərbaycanın isə Suriyada yeganə marağı bu ölkənin ərazi bütövlüyünün və sabitliyin bərpasıdır. Bakıda hər hansı sənəd imzalanmadı. Buna baxmayaraq, məhz Bakıda əldə olunan şifahi razılaşma əsasında Rusiya və ABŞ hərbçiləri Suriyada terrorçulara qarşı mübarizədə bir-birlərinə mane olmadılar.
Bəs niyə bu dəfə görüş yeri kimi yenə Bakı seçildi? Niyə İrəvan və ya Tiflis yox Bakıya üstünlük verildi?
Məsələ burasındadır ki, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, iki dövlət arasında münasibətlər soyuqdur. Ermənistan isə Rusiyanın hərbi və strateji müttəfiqi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də müzakirə yeri kimi Tiflisin seçilməsinə Rusiya, İrəvanın seçilməsinə isə NATO rəhbərliyi razılaşmayacaqdı. Bu baxımdan Bakının seçilməsi tərəflər üçün daha münasib idi. Azərbaycanın həm Rusiya, həm də NATO ilə sıx əlaqələri var və hər ikisindən eyni məsafədədir.
NATO Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasındakı növbəti görüşdə Suriya əsas müzakirə mövzusu deyildi. NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemlərini yerləşdirməsindən, NATO isə Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır.
Bakıda heç bir sənəd imzalanmadı. Ancaq ötən dəfəki görüşdə olduğu kimi şifahi razılaşmanın əldə olunması mümkündür. Böyük ehtimalla tərəflər münasibətləri daha da gərginləşdirməmək üçün dialoqun davamına qərar veriblər.
Qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir. Bu Azərbaycanın xeyrinədir. Azərbaycan beynəlxalq aləmdə dialoq platformunun mərkəzlərindən biri kimi tanınır. Eyni zamanda rəsmi Bakı bu imkandan istifadə edərək böyük dövlətlərin diqqətini torpaqlarının işğal faktına yönəltmək imkanı qazanır.