
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
3 milyonluq “Da Vinçi” batsa da ekipaj xilas edildi
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Trampın gömrük tarifləri 6.25 milyardlıq layihəni dayandırdı
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
İspaniyanın «Barselona» klubu ölkə çempionatını tərk edə bilər. Kataloniyanın idman naziri Cerar Fiqeras (Jerar Fiqeras) belə deyib. Milli.Az «The Mirror»a istinadən bildirir ki, Fiqerasın dediyinə görə, katalon klubu Kataloniyanın dövlət müstəqilliyini bəyan edəcəyi təqdirdə İspaniya çempionatını tərk edərək İngiltərə, Fransa və ya İtaliyanın ali liqasında çıxış edə bilər.
«İndi İspaniya yığmasında çıxış edən xarici klublar var. Məsələn, Andorra komandaları İspaniyanın basketbol və futbol çempionatlarında oynayırlar. «Monako» Fransa Liqasında oynayır, İngiltərə çempionatında Uels klubları var. Düşünürəm ki, daha bir klubun başqa ölkənin çempionatında çıxışına UEFA etiraz etməz», - Jerar Fiqeras söyləyib.
«Barselona» klubu həmişə Kataloniyanın müstəqilliyini dəstəkləyib. Üstəlik, klubun oyunçuları Andres İnyesta, Xordi Alba, Serxio Buskets və Serxio Roberto, habelə sabiq «Barsa»lı Mark Bartra, «Espanyol»dan David Lopes Kataloniya yığmasının heyətində yer alırlar.
Bu səbəbdən İspaniyanın Kral Futbol Federasiyasının «Barselona»ya qarşı sanksiyalar tətbiq etməsi istisna deyil.
UEFA isə bəyan edib ki, əgər Federasiya belə qərar qəbul edərsə, İspaniya yığması bütün beynəlxalq yarışlardan kənarlaşdırılaraq diskvalifikasiya olunacaq.
Bu arada Rusiya Milli Futbol Liqasının «Yenisey» klubu «Barselona»nı Rusiya çempionatına dəvət edib.
Kataloniya klubu olan «Barselona» indiyədək 24 dəfə İspaniya çempionu, 29 dəfə İspaniya Kral Kubokunun sahibi, 5 dəfə Çempionlar Liqasının qalibi olub.
İspaniya primerasının cari mövsümündə katalon klubun 6 matçda 6 qələbədən sonra lider mövqedədir.