
Lukaşenkodan Trampa jest
Belarusda 52 məhkum əfv edildi
Belarusda 52 məhkum əfv edildi
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Diplomat kimi fəaliyyət göstərən agentə 72 saat vaxt verildi
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir
Belarus prezidenti özünə xələf hazırlayıb?
Polşalı hüquq müdafiəçiləri qərara etiraz edib
Lukaşenko Zelenskini təhqir edib
Açıq bazar müqabilində demokratikləşmə vədi
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
... Yeni təsir axtarışı?
Ukrayna Belarusu hədələdi
Lukaşenkodan NATO-ya xəbərdarlıq: “Əsgər göndərsələr, ... başlayacaq”
“Müharibə çox gec olmadan bitməlidir”
Belarus Ukrayna ilə sərhədə ordu yığıb
“Sərhədlərimizə daxil olmasa, nüvə silahından istifadə etməyəcəyik”
Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və ölkələrin bu sahədə qarşılıqlı əlaqələri onların beynəlxalq öhdəliklərinə zidd deyil. VAXT.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu bazar ertəsi günü Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
«Biz əməkdaşlığımızı, o cümlədən hərbi-texniki sahədə davam etdiririk... Münasibətlərimiz heç bir halda heç bir beynəlxalq müqaviləni, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin qətnamələrini pozmur, biz suveren müstəqil dövlətlərik və zamanın nəbzinə, dövlətlərimizin ehtiyaclarına, qardaş ölkələrin ənənələrinə uyğun əməkdaşlıq istiqamətlərimizi müəyyənləşdirmək haqqına malikik», Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə Lukaşenko deyib.
Belarus prezidenti qeyd edib ki, Minskdə «azərbaycanlılara qarşı heç bir iddia yoxdur». «Biz onlara böyük hörmətlə yanaşırıq. Çox yaxşı xatırlayıram ki, çətin vaxtlarımızda prezidentiniz həmişə Belarus dövlətinə kömək əlini uzadıb. Biz bunları yaxşı xatırlayırıq və Azərbaycan üçün nəsə edə biləriksə, xalqınızın təhlükəsiz yaşaması, dövlətinizin inkişaf etməsi üçün bunu edəcəyik», - o bildirib.
Lukaşenkonun sözlərinə görə, Azərbaycan vətəndaşlarının «özlərini sakitlikdə his etmələri üçün müdafiəni gücləndirmək lazımdır». «Biz sizinlə bu istiqamətdə işləyirik və işləməkdə davam edəcəyik», - o deyib.
Lukaşenko həmçinin Azərbaycan prezidenti İlham Əliyevə «ən xoş arzularını» çatdırmağı xahiş edib və onunla tezliklə görüşəcəyinə ümid etdiyini vurğulayıb.
Öz növbəsində, Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycanda da Belarusu çox sevir və xüsusi hörmətlə yanaşırlar: «Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız var. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə də çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara ziddiyyət təşkil etmir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki, bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək».