
SÜLH QƏLƏBƏMİZDİR
Hafizəmizdən silinməyəcək mənzərə
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Ötən gün Soçidə MDB dövlət başçılarının sammiti zamanı Ermənistan prezidenti Serj Sərkisyanın şəxsi fotoqrafı David Akopyanın çəkdiyi bir foto geniş ictimai rezonansa səbəb olub və həm KİV-lərdə, həm sosial şəbəkələrdə geniş müzakirə edilir. Bu fotoda Azərbaycan prezidenti İlham Əliyev əlifba sırası üzündən yanaşı oturduğu Ermənistan prezidenti Serj Sərkisyana qəzəb və dərin hiddətlə baxır. Həmin vaxt Sərkisyanın başı masanın üstündə hansısa sənədlərə baxmağa qarışmışdı. Və bu foto Azərbaycanla onun torpaqlarını işğal altında saxlayan Ermənistan arasında münasibətlərin sanki güzgüsüdür. Prezident Əliyev sanki Azərbaycan xalqının düşmənə qarşı uzun illərdir yığılıb qalmış nifrət və qəzəbini öz sifət ifadəsində əks etdirir...
Fotonun doğurduğu geniş rezonansla bağlı David Akopyan da danışıb. O, erməni mətbuatına bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin birgə iştirak etdiyi müxtəlif tədbirlərdə fotoaparatın obyektivini onlardan çəkməməyə, sözün hərfi mənasında hər məqamı tutmağa çalışır. «Və bu tədbirdə də mən müxtəlif rakurslardan fotolar çəkdim. Sonra ön plandan kadr çəkmək qərarına gəldim. Və gördüm ki, İlham Əliyev sanki pusquda durub Sərkisyana baxır», - fotonun müəllifi deyib.
Akopyan belə görünür ki, səhv etmir. İndi Azərbaycan və onun lideri doğrudan da düşmənə sarsıdıcı zərbə vurub onu torpaqlarımızdan qovmaq üçün pusquda dayanıb. Bu zərbəni çox gözləmək lazım gəlməyəcək...