vaxtlı-vaxtında oxuyun! Cümə, 7 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KRİMİNAL, CİNAYƏT  
DTX  Miryusif Soltanovu həbs etdi 11:01 | 5 noyabr 2017 | Bazar Məqaləyə 2749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DTX Miryusif Soltanovu həbs etdi

O casusluq etməklə dövlətə xəyanətdə şübhəli bilinir

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

Bu barədə virtualaz.org-a DTX-nın İctimaiyyətlə əlaqələr üzrə şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Miryusif Soltanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.