vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏHKƏMƏ, İSTİNTAQ  
Rabitə Nazirliyinin keçmiş rəhbərlərinin cəzası azaldıldı 19:59 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1451 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rabitə Nazirliyinin keçmiş rəhbərlərinin cəzası azaldıldı

Dörd nəfər isə məhkəmə zalından azad olundu

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Virtualaz.org-un məlumatına görə, Hakimlər Kollegiyasının qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybaleyev barəsində isə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.