
Bəylər Əyyubov vəzifədən azad edildi
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
«Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib».
Bunu Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.
Prezident İlham Əliyev «Şahdəniz» üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum , Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışıb.
«Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, «qara qızıl» insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq», - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətindən də danışıb. «BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrlə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan Cənub Qaz Dəhlizi layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir». (APA)