
24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov 21 yaşadək yığmanın evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ «Report»a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- İstəməzdim ki, belə oyun, belə nəticə olsun. Düşünürəm ki, problemlərimiz həddən artıq çoxdur. Amma mənim çox da fikir bildirməyim düzgün olmazdı. Yəqin ki, komandanın baş məşqçisi bu barədə danışacaq. Kənardan baxaraq, müdaxilə edə bilmərik. Sadəcə, problemlərin çox olduğunu gördüm.
- 21 yaşadək futbolçulardan ibarət yığma əsas millinin sütununu təşkil etməlidir. Bu oyunla gələcək milli komanda üçün nə gözləyirsiniz?
- Düz deyirsiniz, milli üçün baza rolunu oynayan komanda U-21 yığmasıdır. Amma bugünkü oyunla nə perspektiv gördüyümü, nə də ümumiyyətlə, hər hansı fikir söyləyə bilərəm.
- Oyun ərzində bir neçə dəfə protokola baxdığınızı gördük. Hələ bu yığma ilə tanış olmamısınız?
- Yox, niyə ki? Hər bir oyunçunu tanıyırdıq, adını da, nömrəsini də bilirdik. Sadəcə, bəzi məqamlar var idi ki, maraqlanırdıq. Təkcə öz oyunçularımız yox, rəqib komandanın futbolçuları üçün də protokola baxırdıq.
- Sizin gəlişinizdən sonra türk və alman əsilli futbolçuların milliləşdirilməsi dayandırılacaq?
- Mənim çox da fikir bildirməyim düzgün olmaz. Yəqin ki, dekabrın ortalarında mətbuat konfransı keçiriləcək. Həmin vaxt suallarınız çox olacaq və bu barədə danışacağam.
- Oyunu Elçin Rəhmanovla birgə izlədiniz. Gələcəkdə o, millinin baş məşqçisi ola bilər?
- Gəlin, bu barədə fikir bildirməyək. Rəhmanov hələ ki, mənim yanımdadır.