
HÜNDÜRLÜK!
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
«Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq». «Report»un məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
«Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı.
Biz vəsaiti, əsasən, insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da, Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir.
Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaqdır. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı, biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdman Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayacaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək», - dövlət başçısı qeyd edib.