Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
19:35 | 16 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 2507 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Ermənistan prezidenti Serj Sərkisyanın ötən gün Moskvaya səfəri zamanı iki kritik məsələ-Ermənistanla Avropa İttifaqı arasında üstün tərəfdaşlıq sazişinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub. Lakin tərəflərdən heç biri bu məsələlərə dair hər hansı açıqlama vermir.
Virtualaz.org xəbər verir ki, Kreml Putinlə Sərkisyanın görüşünün protokol hissəsinə dair qısa məlumat yayıb. Danışıqların yekunu ilə bağlı hər hansı açıqlama verilməyib. Ermənistan prezidentinin mətbuat xidməti isə bu gün yaydığı açıqlamada bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Lakin nə Sərkisyanın, nə Putinin mətbuat xidməti təfərrüatlar haqda heç nə demir.
Bu, Rusiyanın Qarabağ nizamlanmasına dair son vaxtlar müəyyən qədər fəallaşdığı bir vaxtda baş tutan görüşdür. Xəbər verildiyi kimi Sərkisyandan əvvəl xarici işlər naziri Nalbəndyan Moskvaya gedib. Bu gün isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşür. Noyabrın 20-21-də Rusiya xarici işlər nazirinin Bakıya və İrəvana səfər edəcəyi də artıq açıqlanıb.
Sərkisyanla Putin arasındakı görüşün ikinci mühüm mövzusu ilə bağlı da tam sükut hökm sürür. Ermənistan prezidentinin Rusiyaya səfəri bu başlıca suala aydınlıq gətirməyib: Kreml Ermənistanı «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində Avropa İttifaqına buraxır, ya yox?
Çünki Ermənistan Aİ ilə sazişi artıq paraflayıb və sənədin noyabrın 24-də «Şərq tərəfdaşlığı»nın Brüssel sammitində imzalanması gözlənilir. Əlbətdə, əgər Kreml buna yaşıl işıq yandırıbsa.
Sərkisyan eyni vaxtda iki stulda oturmağa-həm Rusiyadan, həm Avropa İttifaqından iqtisadi yardımlar almağa, hər ikisi ilə dostluq eləməyə hazırdır. Lakin Moskva buna necə yanaşır? Axı 2013-cü ildə Ermənistanın «Şərq Tərəfdaşlığı» çərçivəsində Assosiasiya sazişi imzalamasına son anda Putin «stop» qoymuşdu və Sərkisyanı məcbur etmişdi ki, Avrasiya İttifaqına üzv olsun. Ona xəbərdarlıq edilmişdi ki, əks halda Rusiya Azərbaycan tanklarının Qarabağa doğru yürüşünü dayandırmayacaq.
İndi isə Moskva müəmmalı şəkildə sükut nümayiş etdirir. Bu da belə ehtimal yaradıb ki, Kreml Ermənistanı Avropa İttifaqına buraxmağa razıdır. Lakin bu məsələyə qəti cavab yəqin ki, ötən axşam Kremldə verilib. Hansı ki, həmin cavabın nədən ibarət olduğu açıqlanmayıb.