
İki kiçik ölkədən böyük addım
Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq
Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq
Rusiya XİN-in Çexiya prezidenti Pavelin açıqlamasına cavabı: “Terrorçu kimi danışır”
Modern heykəlləri ilə məşhur Praqa
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
Çexiya Ukraynaya zirehli texnikalar göndərib
Çexiya XİN-dən Rusiya diplomatlarına çağırış
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
Sərkisyanın istefasından keçən 1 ildə ...
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
İran Ermənistan ərazisindən qaz nəql etmək niyyətində deyil
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
Ermənistanın baron Münhauzeni xatırladan rəhbəri …
Köçəryanın azad olunması çətinləşir
Ermənistan prezidenti Serj Sərkisyan Çexiya nəşri «Lidové noviny»ya müsahibə verib. ANS PRESS-in məlumatına görə, çex jurnalistin sualları qarşısında çətin anlar yaşayan Serj Sərkisyan «Dağlıq Qarabağ müstəqil respublikadırmı» sualına birbaşa cavab verməkdən yayınıb. Suala cavab vermək əvəzinə Ermənistan prezidenti jurnalisti Qarabağa dəvət edərək özünün Dağlıq Qarabağın müstəqil respublika olub-olmamasını görməsini tövsiyə edib.
Jurnalistin nəyə görə, «Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini nəzarətdə saxlayır?» sualına isə Serj Sərkisyan Ermənistanın regionda sülhsevər dövlət olması və Dağlıq Qarabağda sülh yaratmaqda maraqlı olduğu cavabını verib.
Serj Sərkisyanın Ermənistanın regionda sülhə nail olmaq istəyi olması kimi fikir səsləndirməsindən sonra çex jurnalist Ermənistanda Rusiyanın hərbi bazasının yerləşdirilməsini xatırladaraq və bu bazanın regionda sülhə hesablandığı barədə sual verib. Serj Sərkisyan isə Rusiya bazasının Ermənistanın təhlükəsizliyi məqsədilə yaradıldığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl də Ermənistan prezidenti Serj Sərkisyan Praqada çexiyalı həmkarı Miloş Zemanla görüşündən sonra mətbuat konfransında da çətin anlar yaşamışdı.
Mətbuat konfransında jurnalistlər Ermənistanın Gömrük İttifaqına girmək istəyində niyə belə tələskənlik göstərilməsi barədə suallar veriblər. Həm də iddia ediblər ki, Gömrük İttifaqına təşəbbüs qaldırmış Rusiya Ermənistanın sərhəd rayonlarında gedən atışmanı guya yetərincə laqeydliklə izləyir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olduğu halda Azərbaycana çağdaş silahlar satır.
Sərkisyan isə buna cavab olaraq bildirib ki, bu qərar ölkənin milli maraqları əsasında verilib, ona görə də qərarı mümkün olduqca tez gerçəkləşdirmək lazımdır.