Roma Bakının Avropaya açılan qapısı olacaq
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
10:08 | 18 dekabr 2017 | Bazar ertəsi
Məqaləyə 3432 dəfə baxılıb
Şriftin ölçüsü
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Avropa Parlamentinin İtaliyadan olan deputatı, Avropa Xalq Partiyası fraksiyasının üzvü, «İtaliya Gücü» («Froza İtalia») partiyasını təmsil edən Stefanno Maullu Azərbaycan qaz borusuna qarşı çıxanları «dəmir yumruqla» əzməyə çağırıb. Virtualaz.org İtaliya mənbələrinə istinadən xəbər verir ki, avrodeputat Maullu «No TAP» ictimai komitəsinin fəallarının Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən Transadriatik Qaz Kəmərinə qarşı zorakı aksiyalarının dərhal dayandırılmalı olduğunu bəyan edib.
Stefano Maullu bildirib: ««No Tap» komitəsinin fəallarının zorakılıqları dərhal dayandırılmalıdır, uduzmağa bir dəqiqə də olsun artıq vaxt qalmayıb: bu qüvvələr inkişafın düşmənləridir, öz ölkələrinin düşmənləridir, son vaxtlar isə ümumiyyətlə ictimai asayiş üçün təhlükəli olmağa başlayıblar».
Deputat İtaliya hökumətini TAP-a qarşı təxribatlar, zorakılıqlar törədən «personajlara» qarşı dəmir yumruq istifadə etməyə çağırıb. Bildirib ki, bunun alternativi yoxdur.
«Onların TAP kimi strateji layihəyə qarşı çıxmaları nəinki təhlükəlidir, eyni zamanda İtaliyanı beynəlxalq səhnədə çox pis təqdim edir. Azərbaycan qazı bizim qaz təchizatımızı şaxələndirməyə gözəl imkan yaradır, kritik məqamlarda bütün qaz təchizatı sistemini daha effektiv edir. Ancaq axmaqlar bu işin dəyərini anlamaya bilər. Ona görə heç bir fəallar bu işə mane ola bilməz, «No TAP» fəalları vaxt itirmədən dərhal dayandırılmalıdır», - Avropa Parlamentinin deputatı bildirib.
Xatırladaq ki, İtaliyada «No TAP» ictimai komitəsi qaz kəmərinin tikintisini ləngitmək üçün son həftələrdə yenidən fəallaşıb. Bir neçə gün əvvəl Melandunyo əyalətinin Leççe şəhərində TAP-a qarşı izdihamlı nümayişlər təşkil olunub. Habelə komitənin fəalları kəmərin tikinti sahəsinə müdaxilə edərək texnikanın qarşısını kəsir, müxtəlif sabotajlar həyata keçirir.
«No TAP» komitəsinə İtaliya parlamentində 22 faiz səslə təmsil olunan və şoumen Beppe Grillonun rəhbərlik etdiyi «5 Star» hərəkatı dəstək verir. Beppe Grillo və onun hərəkatı Rusiyaya bağlıdır. Habelə Rusiyaya bağlı olan digər siyasi qüvvə-«Şimal liqası» da TAP-a qarşı çıxır. ABŞ kəşfiyyatının məlumatlarına görə Rusiya gələn ilki parlament seçkilərində bu iki siyasi qüvvəni hakimiyyətə gətirməyə çalışacaq.