
«Emiqrasiya güclənəcək»
Ara Papyan: «Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir»
Ara Papyan: «Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir»
Erməni polkovnik Azərbaycan tanklarının təmas xəttinə cəmləşdirilməsi haqda
Hüquq müdafiəçisi Ermənistan rəhbərliyini ifşa etdi
«Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..»
Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər protezlərlə təmin edilib
Bakının hərbdən başqa çıxış yolu qalmır: «Artıq münaqişənin həllində diktə edən tərəf Azərbaycandır»
«Yerkir» qəzetinin gəldiyi qənaət budur ki, ötən ilin aprelində yaşananlar erməni tərəfinin çox ciddi məğlubiyyəti, fiaskosu oldu
Əli Həsənov: «Aprel döyüşləri ərazi bütövlüyünü bərpa etmək əzmimizi göstərdi»
Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub?
Erməni hərbi həkimlərinin dəhşətli aprel xatirələri: «... hamı diri-diri yanmışdı»
Aprel savaşındakı gizli məqamlar açılır
«Düşmənin qaçmaqdan başqa şansı qalmamışdı»
Aprel döyüşləri zamanı yaralanmış Azərbaycan Ordusunun bir qrup əsgər və zabiti ilə görüş
«Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır»
Atəşkəs dövründə düşmənə ilk ciddi hərbi zərbənin vurulmasından 1 il ötür; böyük güclər təcavüzkarı sülhə məcbur etməyə niyə tələsmir?
İrəvan danışıqları bərpa etmək niyyətində deyil
2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib. «Trend»in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.
F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib: «Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər.
Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi».
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyi ilə birlikdə keçirilmiş əməliyyat zamanı təmas xətti boyu yerləşən ərazilərdə Ermənistan kəşfiyyatı ilə əməkdaşlıq edən bir qrup hərbçinin və mülki şəxsin həbsi barədə bu ilin yazında rəsmi məlumat yayıb.