
Futbolda “ketçup effekti”
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Qurulan Ağdamın klubundan darmadağın qələbə
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Berti Foqts və ya Robert Prosineçkinin vaxtında belə bir şey ola bilərdimi? Bu məşqçilərin bir sözü iki edilməz, bütün şəraitləri ən yüksək səviyyədə yaradılardı. Milyonları havaya sovurub, ölkə futbolunun inkişafı naminə heç nə etməyən əcnəbilərin kiçicik qayğısı da olmazdı.
Amma Qurban Qurbanov azərbaycanlıdır, bu ölkəni düşünür, həqiqətən iş görmək istəyir. Ona görə də hər imkanda ona badalaq vururlar. AFFA işə barmaqarası yanaşır, bu məşqçinin planlarının pozulması kimsənin vecinə deyil.
***
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin hazırlıq proqramında dəyişiklik olub. Yığmanın Gürcüstanla oyunu baş tutmayacaq.
AFFA-nın yaydığı məlumatda bildirilir ki, buna səbəb qonşu ölkənin milli komandasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunmasıdı. Beləliklə, fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq. AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
Milli komandamız yanvarın 30-da Moldova ilə üz-üzə gələcək. Və... Vəssalam.
***
Adətən toplanışlar sınaq matçı ilə yekunlaşır. Qurbanov isə hazırlığın əvvəlində Moldovayla oyunda debüt edəcək, ardınca isə məşqlə kifayətlənəcək. Bu isə onun planlarına daxil deyildi, sınaq matçında komandasını formalaşdırmaq baxımından ilk addımı atmaq istəyirdi.
İlk baxışdan adi «iş qəzası»dı – gürcülərin imtinası üzündən oyun baş tutmayacaq. Lakin nəyə görə ortada müqavilə yoxdur və gürcülərin imtinasının yaratdığı problemin əziyyətinin niyə Qurbanov çəkməlidir? Foqts və ya Prosineçkinin vaxtında AFFA rəsmiləri işə bu qədər məsuliyyətsiz yanaşardılarmı?
***
Bu, təyinatının rəsmiləşməsindən heç bir ay keçməyən Qurban bəyə artıq neçənci badalaqdır. Yaxınlarda AFFA-nın büdcəsinin azaldılacağı haqda mətbuatda yayılan xəbərlər (futbolpress.az) boşuna deyildi. Əcnəbilərə hədsiz imkanlar yaradan assosiasiya azərbaycanlı balası işə başlayan kimi imkanları məhdudlaşdırır. Foqtsun pay aldığı otelləri dolandırmaq üçün az qala hər ay Avstriya, Almaniya, hətta Dubayda toplanış keçən millilərimiz indi maliyyə azlığı ilə sınağa çəkiləcək. Axı, Qurbanov azərbaycanlıdır...