Hikmət Hacıyevin Almaniyada yüksək səviyyəli görüşləri
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
12:07 | 2 may 2018 | Çərşənbə
Məqaləyə 1983 dəfə baxılıb
Şriftin ölçüsü
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”
Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”
Hikmət Hacıyev: “... İşlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil”
Hikmət Hacıyev: “Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir”
Hikmət Hacıyev: “Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
“Ermənistanın beynəlxalq mətbuat nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq etməsi media prinsiplərinə ziddir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı deyib. O, beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşdığını söyləyib: “Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”.
Hikmət Hacıyev ənənəvi və onlayn media, eləcə də sosial şəbəkələr vasitəsilə saxta xəbərlərin, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu vurğulayaraq “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibə” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığına diqqət çəkib: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşib. Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propaqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən H. Hacıyev Birinci Avropa Oyunları dövründə Azərbaycana qarşı aparılan və hətta “psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəyə qarşı bu qəbildən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
H. Hacıyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edərək, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyinə diqqət çəkib.