
«Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək»
Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirilib
Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirilib
Prezident İlham Əliyev: «O vaxt Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı»
Prezident İlham Əliyev: «Azərbaycanda heç vaxt qısa müddətdə bu qədər işlər görülməyib»
Prezident: «Son 6 ayda Azərbaycana 3 milyard dollar valyuta gəlib, 5 milyard investisiya qoyulub»
Prezident İlham Əliyev sərəncam imzaladı
«AzerGold»un 5 illik strategiyası hazırlanıb
Sərhəddə postlar qurulub
Azərbaycana rəsmi səfərə gələn Gürcüstan prezidenti bölgələrə də baş çəkəcək
«Bizə zəng edib dedi ki, «oğlunuz döyüşə girib, geri qayıtmayıb. Ölüb-ölmədiyini bilmirik»
İlusu şəlaləsi, Sumu qala, boz qurdun canavara dönməsi
İlusu şəlaləsi, Sumu qala, boz qurdun canavara dönməsi
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
APA-nın verdiyi məlumata görə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.
Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Sel ev quşlarını və xırdabuynuzlu heyvanları aparıb, 10-dan çox həyətyanı sahənin hasarını dağıdıb.
Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.
Kənd sakinlərinə məxsus, ümumilikdə 150 hektar olmaqla, 10 hektarı tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri sel suları altında qalıb.
Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.
Hazırda Balakən rayon Fövqəladə hallar komissiyasının üzvləri hadisə yerində iş aparır.