
Dəməşqlə Tel-Əviv arasında anlaşma
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
İraq kəşfiyyatı Şara ilə masada
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
«Bakı kəndlərindən gənclərin Suriyaya getməsi və Bəşər Əsədin tərəfini tutub müxalifətə qarşı döyüşmələri haqda deyilənlər əsassızdır». 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat Qalib Salahzadə «Media forum» saytına belə deyib.
Deputat qeyd edib ki, bəzi qüvvələr Bakı kəndlərindən Suriyaya gedənlərin olduğu haqda yalanlar yayır: «Təxribatdır. Bakı kəndlərinin adını ləkələməyə çalışırlar. Mən deputat kimi Bakının on kəndini təmsil edirəm. İndiyədək bir nəfər seçici gəlib deməyib ki, övladım, qardaşım, qohumun Suriyaya gedib, axtarıb tapmırıq, köçək elə. Bakının digər kəndləri ilə də daimi əlaqəm var. Kiminsə Suriyaya döyüşməyə getdiyini eşitməmişəm. Ona görə də belə informasiyalar Bakı kəndlərinə hörmətsizlik və təxribatdır.
Bakı kəndlərində dini təfriqəçilik, sünni-şiə ayrı-seçkiliyi yoxdur. Bu kəndlərin tarixində heç zaman dini zəmində qarşıdurma olmayıb. Heç vaxt heç kim deməyib ki, filankəs sünnidir, filankəs şiə. Mən belə bir şey eşitməmişəm. Belə məsələlər Bakı kəndlərinə yaddır. Biz həmişə insansevər, qonaqpərvər olmuşuq. Kim Bakı kəndlərində, o cümlədən Azərbaycanın başqa ərazilərində dini zəmində qarşıdurma yaratmaq istəyirsə, çox böyük səhvə yol verir. Bəziləri ağıllarına nə gəldi danışırlar. Onların bu cəhdləri heç bir nəticə verməyəcək. Çünki Azərbaycanda heç zaman dini qarşıdurma olmayıb və olmayacaq. Biz bütün dinlərə, təriqətlərə hörmət edən xalqıq. Bu bizim yaşam prinsipimizdir».
Salahzadə deyib ki, Azərbaycan vətəndaşlarının döyüşmək üçün Suriyaya getməsini təqdir etmir: «Suriyaya gedənlər və ya getmək istəyənlər yaxşı olar Qarabağı düşünsünlər. Bizim Qarabağ kimi dərdimiz var. Döyüşmək istəyənlər öz qüvvələrini qorusunlar. Çünki gələcəkdə Qarabağ uğurunda müharibə ola bilər və belə oğlanların qüvvəsinə ehtiyacımız yaranar. Biz ancaq Qarabağ uğrunda döyüşməliyik».