Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
13:07 | 1 noyabr 2018 | Cümə axşamı
Məqaləyə 2727 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mettis Yəmənlə bağlı gözlənilməz açıqlama ilə çıxış ediblər. Hər ikisi Səudiyyə Ərəbistanını Yəməndə hərbi əməliyyatları və bombardmanları dayandırmağa çağırıblar. Məsələ burasındadır ki, son vaxtlara qədər Vaşinqton Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı apardığı müharibəni dəstəkləyirdi. Bəs necə oldu ki, Vaşinqtonun mövqeyi dəyişdi? Bunun bir neçə səbəbi var.
Birincisi, Səudiyyə vətəndaşı Camal Qaşıqçının İstanbulda qətli hamı kimi ABŞ cəmiyyətini də şoka saldı. Bundan sonra Vaşinqtonun Səudiyyə Ərəbistanını dəstəkləməsi çətinləşdi.
İkincisi, Səudiyyənin hərbi təyyarələrinin Yəmən ərazisini bombardmanları zamanı mülki insanlar da həlak olur. Bombardmanlardan birində 50 məktəbli həlak olmuşdu. Bu da beynəlxalq aləmdə, o cümlədən ABŞ cəmiyyətində etiraz doğurdu.
Üçüncüsü, ABŞ Konqresinə seçkilər yaxınlaşmaqdadır. Prezident Donald Tramp daha çox respublikaçının qələbəsini arzulayır. Buna görə də Ağ Ev sahibi xarici siyasətdəki yükdən mümkün qədər qurtulmalıdır. Səudiyyəyə dəstək Ağ Ev sahibinin və onun tərəfdarlarının reytinqə mənfi təsir edə bilər. Ona görə də Vaşinqton Səudiyyə ilə münasibətlərdə bir az məsafə saxlamağa qərar verib.
Buna baxmayaraq, Vaşinqton Yəməni husilərə və bu qüvvələrin arxasında dayanan İrana təslim etmək istəmir. Vaşinqtonun tələbi budur ki, tərəflər 30 gün ərzində danışıqlar masası ətrafında oturmalıdırlar. Əslində bu Ər-Riyadın da faydasınadır. Çünki, yalnız bombardmanlarla Yəməndə husiləri məğlub etmək mümkün olmayacaq. Yəməndə atəşkəs və sülh danışıqlarının başlaması Səudiyyə Ərəbistanının da xeyirinədir.