
“Ailələrinizə xoşbəxtlik, xeyir-bərəkət arzulayıram”
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
... Yaxud Zəngəzur dəhlizinə nəzarət uğrunda geosiyasi rəqabət
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
Pakistan ordusu son müharibədə neçə təyyarə vurduğunu açıqladı
İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var
“Zəngəzur dəhlizi”nə qarşı birləşdilər; reallaşarsa, Azərbaycan və Türkiyənin önəmi qat-qat artar
Azərbaycan Hərbi Hava Qüvvələri parkını “JF-17” qırıcıları ilə gücləndirir
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Zelenski hökuməti Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın da iştirakını istəyir
Bəs səfirliyi qorumalıykən, postunu atıb qaçan polislər niyə cəzasız qaldı?
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs haqqında qərar icra olundu
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra xalqların sülhə hazırlanmasıyla bağlı verilən bəyanat sülh məsələsini və xalqalrarası dialoq mövzsusunu aktuallaşdırıb.
Məsələylə bağlı mətbuata açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev bildirib ki, sülh region xalqları üçün zərurətdir, bu, mütləq olmalıdır: “Region xalqları, əvvəllər olduğu kimi, yenidən birgə yaşamalı və bir-biriylə əlaqələrini genişləndirməlidir. Xalqlar münaqişədən yorulublar. Müharibənin bütün ağırlığı, hər zaman olduğu kimi, yenə də xalqların üzərinə çöküb. Azərbaycan xaqlı daim sülhpərvər və tolerant xalq olub, bugün də belədir. Ermənilər də sülhə can atırlar. Ötən günlərdə Ermənistanda keçirilən bir sorğuda vətəndaşların böyük əksəriyyətinin sülhə tərəfdar olduğu üzə çıxdı. Həmçinin Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Nəzərə almaq lazımdır ki, Qarabağ probleminin həllindən sonra onlar yenidən azərbaycanlılarla birgə yaşayacaqlar. Onlarla dil tapmaq vacibdir”.
Beynəlxalq institutların Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyini xüsusi vurğulayan müsahibimiz bildirdi ki, beynəlxalq qurumlar kənarda durub problemin həllini münaqişədə olan iki dövlətin üzərinə yıxıblar: “Ancaq burada mediator amilinin olması başlıca şərtdir. Etnik zəmində və ərazi iddiaları əsasında yaranmış münaqişənin həllini tərəflərin öhdəsinə buraxmaq olmaz. Burada münaqişədə olan tərəflərdən hər biri yalnız öz milli maraqlarını müdafiə edir və heç bir vəchlə güzəştə getmək istəmir. Ona görə də beynəlxalq insitutların münaqişənin həllində daha intensiv çalışması zəruridir. Çünki regionda baş verən münaqişə yalnız tərəflərin problemi deyil. Xocalıda və digər ərazilərdə törədilən qırğınlar bütün bəşəriyyətə utanc gətirən faktlardır. Ona görə də düşünürəm ki, ən qısa vaxtda beynəlxalq təşkilatlar konkret addımlar atmalı və BMT, ATƏT və AŞPA-nın məsələylə bağlı qəbul etdiyi qətnamələrə tərəflərin əməl etməsini təmin etməlidir”.
Böyük güclərin münaqişəyə təsiri məsələsinə gəlincə, U. Mirzəyev bildirir ki, problem regiona kənardan gətirilib. Münaqişənin ərazi iddialarından və münasibətlərdəki gərginlik səviyyəsindən müharibə səviyyəsinə keçməsi də böyük güclərin təsiriylə birbaşa bağlıdır: “Bu gün böyük güclər gözləmə mövqeyindən vaz keçməli və tərəfləri sülhə çağırmalıdırlar. İllərdir sözügedən güclər münaqişənin vəziyyətinə və xalqların taleyinə biganə yanaşırlar. Halbuki problemin həlli daha çox onlardan asılıdır”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın mediator amili olmadan Ermənistanla danışıqlarda uğur qazanması mümkün deyil. Çünki Ermənistan müstəqil dövlət deyil, forpost ölkədir. Ondan münaqişənin həlliylə bağlı müstəqil iradə gözləmək olmaz. Məhz bu səbəbdən probemin həlli illərdir yubanır.
Sonda Qərbdən daha çox hiss edilən “ikili standartlar” məsələsinə toxunan U. Mirzəyev diqqətçəkən fakta toxundu: “Bir neçə gün öncə Ermənistandakı həbsxanaların birində erməni jurnalistin aclıq aksiyası nəticəsində dünyasını dəyişməsilə bağlı təəssüflər olsun ki, beynəlxalq ictimayətdən konkret bir reaksiya görmədik. Ancaq Azərbaycanda bir jurnalistin həbs edilməsi belə deyil, haqqında cinayət işinin açılması Qərbdəki bəzi qüvvələri “narahat edir”. Təbii ki, bu, ikili standarta bariz nümunədir. Biz bu ikili standartı və tərəfli yanaşmanı Qarabağ münaqişəsiylə bağlı da müşahidə edirik. BMT-nin, ATƏT-in və AŞPA-nın Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul etməsinə baxmayaraq, hələ də bu qətnamələrə əməl edilmir”.
Bu cür ikili standart siyasətinin səbəbini U.Mirzəyev belə izah edir: “Böyük güclərin Ermənistandan ala biləcəkləri heç nə qalmayıb, Azərbaycandansa almaq istədikləri, ancaq ala bilmədikləri çox şey var. Unutmaq olmaz ki, Azərbaycan təbii sərvətlərinə görə regionun ən zəngin dövlətidir”.