
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
Yeni “Vergi Məcəlləsi”nə sözardı
Sahibkarlara divan tutan vergi məmuru da...
Restoranlarla sövdələşmə daha ucuz başa gəlir
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
Hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var və onların heç də hamısı nümunəvi vergi ödəyiciləri deyil. Teleqraf.com-un məlumatına görə, bunu Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyev «Vergilər» qəzetinə müsahibəsində deyib.
O, qeyd edib ki, musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilsə də, onların vergi öhdəliklərimə tam və könüllü əməletmə səviyyəsi aşağıdır.
Onun sözlərinə görə, bizim bəzi tanınmış müğənnilərimiz vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun gəlmir:
«Burada əsas problem müğənnilərin əldə etdikləri gəlirləri «Qeydiyyat kitabı»nda düzgün əks etdirməmələri, hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasındakı uyğunsuzluqlarla bağlıdır. Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirlərin onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə məlumatlar var».
İ.Əmirəliyev vurğulayıb ki, kimin hansı dərəcədə məşhurluğundan asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir:
«Qeydiyyat kitabı»nda göstərilən gəlir məbləğlərinin azaldılması üçün hər iki tərəf - həm bu gəliri əldə edən, həm də onu ödəyən şəxslər məsuliyyət daşıyırlar. Buna məhəl qoymayanlar isə gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmə tədbirləri ilə üzləşə bilərlər».