
Qeyri-rus millətlərə ekstremist damğası
Tatarların ən böyük milli təşkilatı Rusiyada qadağan olundu
Tatarların ən böyük milli təşkilatı Rusiyada qadağan olundu
Xüsusi təyinatlılar Kərimovu qandallayır, prokurorluq cinayət işini ləğv edir
Kimlik böhranı: Liderlərdən biri həbs olunan gün, tanınmış yazıçıya da cinayət işi açılıb
Rusiyanın etnik yazıçılar Putinə «odla oynamamaq» xəbərdarlığı edirlər
Başqırdlar da ana dilinə görə ayağa qalxdılar
Tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq mümkün olmayacaq
Tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq mümkün olmayacaq
Tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq mümkün olmayacaq
Tatarıstan Respublikasının Prokurorluğu Musa Cəlil adına Tatarıstan Dövlət Opera və Balet Teatrının müğənni Xaçatur Badalyanla müqaviləni pozması faktını araşdırır.
Məlumata görə, Xaçatur Badalyandan prokurorluğa müraciət daxil olub. O, Şalyapin festivalında opera solisti qismində iştirakı ilə bağlı “Premyer” agentliyi ilə bağlanmış müqavilənin pozulduğunu, buna səbəb kimi isə bəstəboy olmasının göstərildiyini deyib. Badalyan prokurorluqdan əmək hüquqlarının pozulması faktının araşdırılmasını istəyib.
“Premyer” art-agentliyi ilə müqavilədə Badalyanın F.İ.Şalyapin adına Beynəlxalq Opera Festivalı çərçivəsində iki opera və iki qala konsertdə çıxışı nəzərdə tutulurdu. Badalyan ilk operadan bir gün qabaq Kazana gedəndə, hazırlanmış kostyumların ona çox böyük olduğu məlum olub.
Badalyan öz ölçüsünə uyğun olmayan kostyumda çıxış etsə də, dörd gündən sonra Kazan operasından agentliyə müğənninin çıxışlarının təxirə salındığı və dövlət müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş daxil olub.
“İnterfaks”ın yazdığına görə, bütün danışıqlar kastinq direktoru ilə aparılıb, teatrın direktoru məsələyə aydınlıq gətirməkdən imtina edib.
Qeyd edək ki, sözügedən müğənninin boyu 170 sm-dir.