“İvanişvili ətrafındakı heç kimə etibar etmir”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
12:15 | 16 iyul 2019 | Çərşənbə axşamı
Məqaləyə 2914 dəfə baxılıb
Şriftin ölçüsü
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan sərhədçisi ilə bağlı insidenti müzakirə edərkən aşağıdakı məqamlar və ümumi kontekst də mütləq nəzərə alınmalıdır:
1. Hazırda Gürcüstanda daxili siyasi
mühit gərgin olaraq qalır və ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin
mövqelərini getdikcə zəiflədir. Rusiyalı deputatlarla bağlı etirazlara laqeyd
qala bilməyən Moskva eyni zamanda İvanişvilinin də çox zərbə almasında maraqlı
deyil. Məhz buna görə Tiflisə qarşı iqtisadi sanksiyalar tətbiq edilmədi. Bu vəziyyətdə
prezident Zurabaşvili də daxil olmaqla İvanişvili komandasını xilas etmək, həm
də öz simasını saxlamaq Kremlin əsas vəzifələrindən sayılır. Bunun ən yaxşı
üsullarından biri daxili siyasi diskursu dəyişmək, ictimai diqqəti, vətəndaşları
siyasi gündəlikdən yayındırmaqdır. Həmçinin İvanişvili komandasına xal
qazandırmaqdır. Bunun ən optimal yolu isə Keşikçidağ məsələləsini yenidən
aktuallaşdırmaqdır.
2. Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü dünən baş tutub. Üçtərəfli formatda görüşlər, hərbi təlimlər Rusiya tərəfindən ABŞ və NATO-nun layihəsi kimi nəzərdən keçirilir. Tiflisin Türkiyə və Azərbaycanla hərbi-siyasi müstəvidə əməkdaşlığı dərinləşdirməkdən çəkindirmək də Rusiyanın Cənubi Qafqazda əsas geosiyasi “ev tapşırıqları”ndan biridir. Azərbaycanla ərazi mübahisələrinin qabardılması Türkiyə ilə münasibətləri də zərbə altında qoyacaq. Bir az əvvəl isə Rusiya TV-ləri Batumi və digər turist zonalarının guya türklər tərəfindən alınaraq zəbt edilməsi barədə intensiv təbliğat aparırdılar.
3. Gürcüstanla bağlı proseslər iyunun birinci yarısında bu ölkənin baş naziri Mamuka Baxtadzenin ABŞ-a səfərindən sonra başladı. ABŞ rəsmiləri faktiki olaraq Tiflisdən Anakliya limanının tikintisini dəstəkləməyi ultimativ şəkildə tələb etdilər. Bundan sonra hökumət bəyan etdi ki, limanın tikilməsi ilə bağlı konsorsiuma maliyyə öhdəliklərinin icrası ilə əlaqədar güzəşt edəcək. Halbuki, az əvvəl konsorsiumla müqavilənin pozulması gündəliyə gəlmişdi. Rusiya XİN rəsmisi Karasin isə bildirmişdi ki, ABŞ bütün qırmızı xətləri keçir. Çünki Vaşinqtonda açıq bəyan etmişdilər ki, Tiflisin NATO yolunu açmağa çalışırlar. Bu hadisələrin ardından Gürcüstanda daxili siyasi proseslər gərginləşdi və İvanişvili iqtidarı üçün real təhdidlər yaranıb. İndi Moskvanın əsas vəzifəsi 4 ilə əvvəl Moldovada olduğu kimi İvanişvilini qorumaq və zaman udmaqdır. Bunun da əsa yolu milli hissləri körükləmək, “xarici düşmənə qarşı birləşmək” zərurəti yaratmaqdır.
4. İvanaşvilinin hər zaman əsas vəzifəsi
Gürcüstan-Azərbaycan əlaqələrində strateji inkişafı tormozlamaq, müəyyən həddə
qədər durdurmaq olub. Azərbaycandan enerji daşıyıcılarının ixracından tutmuş,
tranizt razılaşmaları və digər məsələlərdə hər zaman mövcud konsensusu pozmaq,
maksimalist mövqe tutulması da bu yanaşmanın təzahürüdür.
5. Azərbaycan təmkinini qorumalıdır. Topxana hadisələri ilə bağlı müqayisə aparmaq olar, amma indi fərqli zamandır, şərtlər fərqlidir. Bu məsələdə hökumətdən çox cəmiyyətimiz, diasporumuz fəal olmalıdır. Amma qurulan tələyə düşməmək şərtilə. Yuxarıda qeyd etdiyim səbəblərdən emosiyalara yol vermək olmaz. Bu addımların əsas məqsədi məhz Azərbaycanı emosional addımlara sövq etməkdir. Bütün strategiya buna hesablanıb. Diqqətli, təmkinli, müdrik və fəal olmağımız gərəkir.