Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:53 | 28 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1355 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Dəhşətin ayaq səslərini eşidirdim.
Buna gedəcəklərini bilirdim.
Hiss edirdim ki, xain bir plan hazırlayırlar.
2000-ci ilin başından.
Ona görə idi 20 ildir yazdıqlarım,
həyəcan təbili çalmaqlarım,
bəzən də yalvarmalarım.
Ona görə “Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” yazmışdım 22 sentyabr 2021-də..
Bu gün günorta oxudum.
TASS-ın xəbəri idi.
Bir də təkrar oxudum.
“Cоотечественник”…
Donub qaldım…
“Cоотечественник”
yəni “Həmvətənli”,
yəni “Həmyerli”,
yəni “Vətəndaş”…
***
Rusiya Dövlət Dumasına alçaqca bir qanun layihəsi təqdim edilib.
Qəbul edilən kimi rus dilini bilənlər milliyətindən asılı olmayaraq “Cоотечественник” sayılacaqlar.
Yəni rus dilini bilən bir azərbaycanlı (və ya gürcü, latış, moldovan, özbək və s.) rusların “Cоотечественник”i, yəni həmvətənlisi, həmyerlisi, vətəndaşı sayılacaq.
Yəni sabah, məs., Əli, Vəli, Pirvəli Kremlə yazsalar ki, burada, məs., Yasamalda bizə rusdilli olduğumuz üçün təzyiq göstərirlər Moskva yardıma gələcək.
Əvvəlcə keçən dəfəki kimi Xəzərdən bir raket atacaq.
Sonra Ordunu ayağa qaldıracaq.
Və düz də edəcəklər.
“Qardaş qardaşa” nə gündə lazımdır bəs?
Axı həmvətənlinin dadına çatmaq bir borcdur.
Çox humanistdirlər…
***
Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin (“Единая Россия” fraksiyası) rus dilini bilənlərin hamısının həmvətən kimi tanınmasını təklif edən qanun layihəsini palataya təqdim edib.
TASS xəbərindən bəzi “incilər”:
1. “…qanun layihəsi əsas “vətəndaş” anlayışının əsassız geniş şərhi ilə bağlı çatışmazlıqları aradan qaldırır. Xüsusilə də “rus dilini <...> bilən şəxslərin (dədə-babaları Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasında yaşamış olanlar) Rusiya ərazisində yaşayan həmvətənlər kimi tanınması təklif edilir;
2. “Bununla bərabər nəzərə alınır ki, SSRİ-nin dağılmasından ötən 30 il ərzində SSRİ vətəndaşlığı olmayan yeni nəsil soydaşlarımız yetişib. Bu baxımdan “həmvətən”lə “SSRİ vətəndaşlığı” arasındakı bağ da ortadan qaldırılır”.
Sonuncu “inci” xüsusilə maraqlıdır.
Belə ki, əgər Əli, Vəli, Pirvəli müstəqillik dövründə doğulsalar, SSRİ vətəndaşlıqları olmasa belə “Həmvətən” sayılacaqlar. Çünki…
Çünki rusca bilirlər, rusdillidirlər, Dostoyevskini orijinalda oxuyurlar.
Görürsüzmü necə də məntiqli qanundur.
Məntiqli olması isə vacibdir.
Axı Ordunu yeridəndə gərək hər şey qanunauyğun olsun.
Hə, necəsiz ay Əli, Vəli və Pirvəlinin rus dilini bilməyən valideynləri?
“Cоотечественник”lər doğub böyütdüyünüz üçün sizi təbrik edirəm…