Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:56 | 15 aprel 2022 | Cümə
Məqaləyə 1093 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ölkələr arasındakı münasibətlərdə “yanlış siqnal” termini də var. Misal üçün Pekin Vaşinqtonun Tayvana “yanlış siqnal” göndərdiyini əsas tutaraq ada ətrafında hərbi təlimlərə başlayıb. Pekin “yanlış siqnal” dedikdə nəyi nəzərdə tutub?
ABŞ-ın 6 konqresmeni Tayvana səfər edib. Çin isə adanı özününkü sayır. Pekinin məntiqinə görə, amerikalı konqresmenlər adaya səfər etməklə Çinin Tayvanla birləşməsinə mane olmaq istəyirlər. Pekin Vaşinqtona etiraz məktubu göndərib. Məktubda yazılıb ki, “Vaşinqton Tayvan separatçılarına yanlış siqnallar göndərir, halbuki Çinə söz verilmişdi ki, ada dəstəklənməyəcək”. Vaşinqton açıq-aşkar Tayvan separatçılarına dəstəyini artırır. Bunun qarşılığında Çin aprelin 15-də hərbi təlimlərə başlayıb. Pekin bununla Ağ Evə demək istəyib ki, “Sizin siyasətiniz Çinə ada ətrafında hərbi təlimlər keçirməyə məcbur edib”. Halbuki, Çin böyük ehtimalla bu təlimlərə uzun müddət hazırlaşıb, sadəcə bunun üçün Pekinə zəmin lazım idi. Həmin “zəmini” də adaya səfər edən konqresmenlər verdilər. Təlimlər genişmiqyaslıdır, hərbi gəmilərlə yanaşı, bombardmançı və qırıcı təyyarələr iştirak edirlər.
ABŞ-ın Tayvanla rəsmi əlaqələri yoxdur. Buna baxmayaraq, Vaşinqton illərdir Tayvanı silah və hərbi texnika ilə təchiz edir. Ağ Ev açıq bəyan edib ki, Tayvanın Çinlə birləşməsinin əleyhinədir və buna imkan verməyəcək. Pekin Vaşinqtonun bu siyasətini ölkəsinə qarşı qəsd kimi qiymətləndirir. Co Baydenin prezidentliyi dövründə Ağ Evin Tayvana dəstəyi daha da artıb.