vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MƏHKƏMƏ, İSTİNTAQ  
Göyçayda səs-küylü həbs 17:55 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 2017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göyçayda səs-küylü həbs

İcra nümayəndəsi Rəşad Şükürova 3 maddə üzrə cinayət işi açılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanıb. Bununla bağlı bu gün (aprelin 18-də) Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, Göyçay rayonunda qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu ilə əlaqədar müraciətlər əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

Vurğulandığına görə, ittihamlar Şükürovun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrə aiddir: “Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

İttihama, hələlik, Rəşad Şükürov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Göyçay rayonun mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir.

Bütünlükdə rayonun 120 mindən çox əhalisi var.