Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
            					
            	
                12:54 | 23 may 2022 | Bazar ertəsi
                Məqaləyə 1835 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
                                Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
                                Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
                                Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
                                Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
                                Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
                                Hansılar təhlükəsiz, hansıları risklidir?
                                55 min iş məhkəmə tarixini gözləyir
                                Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
                                Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
                                Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
                                Leipzigə məcburi eniş
                                Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
                                “Pom-Bär” məhsulları geri çağırılıb
                                Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
                                İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
Almaniyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaratdı. İcmanın qurucularından olan Fəxrəddin Hacıbəylinin sözlərinə görə, Almaniyadakı Azərbaycan İcması (AGD – “Aserbaidschanische Gemeinde in Deutschland”) mayın 22-də təsis olunub. “Uzun illərdir çalışırdıq həqiqi fəaliyyət göstərən, real iş görən bir birlik yaradaq. Müəyyən səbəblərdən birlik alınmırdı. Nəhayət ki, Qarabağda əldə edilən qələbədən ruhlanaraq burada da təşkilatlanmaq qərarına gəldik”, – deyə, F.Hacıbəyli qeyd edir.
Bu gün AGD adından dünya azərbaycanlılarına, o cümlədən Almaniyada yaşayan soydaşlarımıza müraciət ünvanlanıb:
“Əziz həmvətənlilər,
Böyük qürur və sevinc hissi ilə bölüşmək istəyirik ki, 22 may 2022-ci ildə Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Almaniyadakı Azərbaycan İcması” (AGD –Aserbaidschanische Gemeinde in Deutschland e.V.) ictimai birliyinin təsis toplantısı baş tutdu.
Yığıncaqda iştirakçılar Almaniyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək fəaliyyət istiqaməti Almaniyada Azərbaycan mədəniyyəti və tarixinin təqdimatı, mədəni əlaqələrin gücləndirilməsi, Almaniyada yaşayan azərbaycanlıların şəbəkələşməsi, bu ölkəyə inteqrasiyası və həmçinin yerli alman təşkilatları ilə əməkdaşlıq sahələrini əhatə edəcək cəmiyyəti təsis etdilər.
Təsis toplantısında AGD-nin nizamnaməsi qəbul edildi, habelə təşkilatın idarə heyəti səsvermə ilə müəyyənləşdirildi. İdarə Heyətinin Qurban Məmmədov (sədr), Dr. Fərhad Cəfərli (sədr müavini), Nərmin Əbilova (katib), Ofeliya Babayeva Ergün, Dr. Qurban Ələkbərov, Elşən İsmayıl və Fəxrəddin Hacıbəylidən ibarət komanda ilə fəaliyyətə başlamasına qərar verildi.
Əziz soydaşlar, AGD-nin yaradılması münasibətilə hər birinizi təbrik edir, Vətənimizə və millətimizə xeyirli, uğurlu olmasını arzu edirik.
Almaniyada yaşayan bütün həmvətənlərimizi AGD-nin gələcək fəaliyyətinə qoşulmağa və fəal olmağa səsləyirik”.
Vaxt.Az təşkilatın idarə heyətini formalaşdırarkən gender bərabərliyinə böyük önəm verən Almaniyadakı Azərbaycan İcmasına uğurlar arzulayır. Saytımız öz növbəsində, təmənnasız olaraq, AGD-yə informasiya dəstəyi göstərəcəyini və qurumun fəaliyyətinin işıqlandırlmasına önəm verəcəyini vəd edir.