50 yaşlı kişinin 62 yaşlı qadınla nikahı ləğv edildi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
18:55 | 22 iyun 2022 | Çərşənbə
Məqaləyə 1254 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
200 ilimizə işıq salan ensiklopedik toplu
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
“44 günlük müharibədən sonra Rusiya sülhməramlıları Qarabağdakı müvəqqəti nəzarət zonasına daxil olduqdan sonra, xəritələrlə bağlı bir neçə dəfə anlaşılmaz addımların şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, mütəmadi olaraq sülhməramlıların Qarabağda yerləşdikləri müvəqqəti nəzarət zonası ilə bağlı xəritə mütəmadi olaraq yenilənir”. Bunu hərbi ekspert Heydər Mirzə deyib.
O bildirib ki, sülhməramlıların Xankəndidən çıxarılması üçün bütün addımları atılacaq: “Hər dəfə sülhməramlıların bu xəritə məsələsi ictimailəşdiriləndə, orada hansısa bir dəyişiklik olanda biz başlayırıq bunu müzakirə etməyə. Bu, bir növ Rusiyanın Azərbaycanın informasiya sahəsinə eyni zamanda təsir mexanizmidir. Yaddan çıxarmayaq ki, bu dəyişikliklər Rusiyanın Müdafiə Nazirliyinin saytında təqdim olunur.
Faktiki olaraq hazırda dünya müharibəsi gedir. Bunun regiona da təsiri var, ən azı informasiya sahəsində... Əgər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hər hansı bir xəritəni şərh edibsə, – misal üçün, elə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan xəritə olsun, - o zaman biz buna istinadən nəyisə müzakirə edək. Yoxsa, hazırda heç Azərbaycan MN-i öz şərhini vermədən mən istəməzdim ki, rusların hər bir addımını əhəmiyyətləşdirim. Mənim mövqeyim belədir.
Çünki orada həm doğru məlumatlar olur, həm yalan məlumatlar yerləşdirilir. Son 2 il ərzində şahidi olmuşuq ki, bir-iki dəfə hansısa xəritələri dərc edib, sonradan dəyişiblər. Ona görə bu xəritə məsələsinə bir az təmkinli yanaşmaq lazımdır.
Xankəndi ilə bağlı mən əminəm ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diplomatiyasının davranışı, ilk növbədə Azərbaycanın dövlət başçısının mesajları, eyni zamanda Silahlı Qüvvələrin davranışı, Komandanlığın həyata keçirtdiyi əməliyyatlar – həm işğaldan azad olunan istiqamətlərdə, həm dövlət sərhədində, bütün bunlar Rusiya sülhməramlılarının bu fəaliyyətsizliyi ilə müqayisə olunsa, mən əminəm ki, indi olmasa da hər hansı bir xəritə dərc olunsa da, olmasa da bu 5 illik müddət ki, var, ona 6 ay qalmış (3 ilə yaxın müddət qalıb – red.) Azərbaycan tərəfi Rusiya sülhməramlılarının oradan çıxarılması üçün bütün addımları atacaq”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adı silinib. 21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Halbuki, 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi “stepanakert” olaraq yazılırdı. Nəzərinizə çatdırım ki, Rusiya Müdafiə Nazirliyi xəritəni sonuncu dəfə 21 iyun 2022-ci il tarixində yeniləyib. (Milli.az)