Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
14:40 | 4 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 939 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
“Azərbaycan tərəfi Ermənistanın təxribatlarına dəfələrlə öz münasibətini bildirərək xəbərdarlıq edib ki, adekvat cavab veriləcək”. Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, regionda sülhün olmasını istəməyən qüvvələr var: “Biz indi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədindəki təxribatlardan danışırıq. Sərhəd məsələsi ilə əmmalar hələ ki çoxdur. Ermənistan-Azərbaycan sərhədi hələ ki iki dövlət tərəfindən ratifikasiya və yaxud delimitasiya-demarkasiya olunmayıb. Yəni sərhəd demək olar ki, sərhəddən çox indiki vəziyyətdə bir təmas xəttidir. Ona görə ki, indi hər iki tərəfdə səngərlər qazılıb və hər iki tərəfdən mövqelər qurulub.
Təbii ki, Azərbaycan bu mövqeləri müəyyən qaydalar əsasında dövlət sərhədi kimi qəbul edib və öz dövlət sərhədini məhz bu sərhədlərlə qoruyur. Ancaq heç bir rəsmi sənədləşmə getmir. Təbii ki, ermənilər bunu de-yure qəbul etmirlər və indiyə kimi də delimitasiya-demarkasiya məsələsi də uzanır.
Aydındır ki, Azərbaycanla Ermənistan münasibətlərində daim gərginlik saxlamaq istəyən, bunda maraqlı olan qüvvələr var. Bu qüvvələr demək olar ki, xaricdən təsir edirlər və mütəmadi olaraq Ermənistanın istər daxili, istərsə də xarici siyasətində müəyyən gərginliyə səbəb olacaq addımları müşahidə olunur.
Geosiyasi arenada hazırda davam edən proseslərə nəzərən məhz Cənubi Qafqazda sülhün olmasını istəməyən qüvvələr mövcuddur. Bəzi böyük dövlətlər də bu qüvvələrin içində olmaqla erməni diasporları vasitəsilə öz siyasətini həyata keçirməyə çalışırlar. Bunlar hamısı demək olar ki, geosiyasi arenada gedən proseslərin nəticəsidir. Əgər biz nəzərdə tutsaq ki, Ermənistan məhz Rusiyanın forpostu kimi qəbul olunur və Rusiyanın həm marağını, həm də ki, bu regionda olan təzyiqini nəzərə alsaq, əlbəttə, bu dəqiqə Rusiyaya qarşı olan digər proseslər də məhz burada da müəyyən şəkildə öz əksini tapır.
Uzağa getməyək, dərinə də getməyək. Hazırda bir Bəyannamə (10 noyabr 2020-ci il - red.) var, orada müddəalar var. Müddəalar üzərində hər üç tərəf də (Rusiya, Azərbaycan, Ermənistan) işləyib. Əlbəttə, yavaş-gec getsə də hər halda indi delimitasiya-demarkasiya məsələsi gündəmdədir. Belə olduğu halda Azərbaycanla Ermənistan arasında nə qədər çox qonşuluq münasibətlərinə doğru proseslər müsbət məcrada davam edəcəksə, bunu istəməyən qüvvələr də o qədər aktivləşəcək və çalışacaqlar ki, buna müəyyən şəkildə mane olsunlar.
Azərbaycan öz seçimini edib və əməliyyat şəraitinə nəzarət edir, güclü ordusu var, imkanları Ermənistanın hər hansı təxribatının qarışının alınmasına qadirdir və alır da. Ona görə də Azərbaycan bundan sonra da istənilən bir təxribata, atəşkəsin pozulmasına adekvat cavab verərək qarşı tərəfi yerində otuzduracaq”. (Milli.az)