3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
12:09 | 10 iyul 2022 | Bazar
Məqaləyə 1063 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
ABŞ dövlət katibi XİN rəhbərlərinin ikitərəfli qarşılaşmasını müsbət addım sayır
... Yaxud razılaşmalar yerinə yetirilməyəndə nəticə olmur
Rusiya XİN rəhbəri Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerine” qəzetinə müsahibəsində Azərbaycanın və Türkiyənin ünvanına bir sıra ittihamlar səsləndirib, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan ənənəvi sərsəmləmələrini davam etdirib.
Şübhəsiz ki, Ararat Mirzoyanın mövcud olmayan “Dağlıq Qarabağ” və digər, təfərrüatına varmamaq istəmədiyim iddialarında təəccüblü heç nə yoxdur. Amma Ararat Mirzoyanın, mütəmadi olaraq, Azərbaycanın ictimai rəyinə müsbət mesajlar ötürməyə çalışan Trans Adriatik qaz boru kəməri üzrə tərəfdaşımız Yunanıstanın “Kathimerine” qəzetində yayımlanan müsahibəsi informasiya təxribatdır və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmaq məqsədi daşıyan bir yanaşmadır.
Maraqlıdır, görəsən ilin-günün bu vaxtında, Cənubi Qafqazda Yunanıstanın adını kimsənin xatırlamadığı bir zamanda, rəsmi Afinanın regional ziddiyyətlərin və sosial-iqtisadi problemlərin girdabında boğulduğu bir zaman kəsiyində Ararat Mirzoyanın sərsəmləmələrinin yayımlanması hansı ehtiyacdan yaranıb? Bəlkə rəsmi Afina Mirzoyanın vasitəsilə Yunanıstan-Ermənistan-Cənubi Kipr zirvəsinin keçiriləcəyini anons etdirməklə təbii qaz böhranının daha da dərinləşəcəyi ehtimalını gözə alaraq, umacaqlarını diqqətə çatdırmaq istəyir?
Hər halda son proseslər də sübuta yetirir ki, bəzi ölkələr “kəmərləri sıxılanda” daha realist olurlar…