Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:15 | 17 iyul 2022 | Bazar
Məqaləyə 5352 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İmperator Aleksandr Pavloviçə İngiltərə səfərində mexaniki birə göstərirlər. Birə hoppanır və rəqs edə bilir. Rus imperatoru çox pul ödəyib birəni alır. Rusiyaya dönüşdə I Aleksandr ölür. Taxta onun qardaşı I Nikolay çıxır. Birə ona qalır. İmperatoru inandırırlar ki, rus ustalar daha yaxşısını düzəldə bilər.
Tula şəhərinin ustalarına xəbər göndərilir ki, nəyə qadir olduqlarını göstərsinlər ingilislərə. Levşa (Solaxay) adlı bir usta ingilislərin mexaniki birəsinə nal vurur. Birə hoppanma qabiliyyətini itirir. Buna baxmayaraq I Nikolay mikroskopla görünən nallara heyran qalır. Levşanı nallanmış birə ilə İngiltərəyə göndərir ki, qoy ingilislər rus ustaların onlardan daha məharətli olduqlarını görsünlər.
Nalları ingilis ustalar də bəyənir. Levşaya İngiltərədə qalıb çalışmaq təklif edirlər. Levşa məmləkəti üçün darıxdığını deyib ölkəsinə qayıtmaq istəyir. Levşa qayıdanbaş gəminin kapitanı ilə kim daha çox araq içər deyə bəhsə girir. O qədər içirlər ki, ikisi də komaya girirlər. Rusiyaya çatanda kapitanı ingilis səfirliyində müalicəyə başlayırlar. Levşanı sənədləri olmadığı üçün kimsəsizlər üçün xəstəxanaya yerləşdirirlər.
Ölüm yatağında Levşa İmperatora ismarıc göndərir: “Rus əsgərləri tüfənglərinin lüləyini kərpiclə təmizləməsinlər, ingilis ordusu bu səbəbdən güclüdür”.
Onun sözlərini I Nikolaya çatdırmırlar.
Levşa ölür.
Bir müddət sonra Rusiya Krım müharibəsini uduzur. Tüfəngin lüləyini kərpiclə təmizlədiyi üçün…
***
Bəli, görkəmli rus yazıçısı Nikolay Leskovun (1831-1895) məşhur “Levşa” povestinin qısa məzmunu belədir. Bu sabahkı idmanda “Hoppanan, amma nal vurulandan sonra o qabiliyyətini itirmiş birə” düşdü yadımda…
Putin Dmitriy Roqozini “Roskosmos”dan uzaqlaşdırdı…
“HİMERS”lər gəldi gözümün önünə. Gəldikləri bir həftə ərzində müharibədə Ukrayna ordusuna necə böyük üstünlük gətirdiyini görürük…
Birəyə nal vuran Levşanı tanıtdırın uşaqlarınıza.
Yoxsa yalandan Tolstoyevski deməklə olmur bu işlər…