Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:49 | 27 iyul 2022 | Çərşənbə
Məqaləyə 2913 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfərə hazırlaşması Pekini xeyli qəzəbləndirib. Çin Tayvanı özününkü sayır və onun icazəsi olmadan bu adaya səfərləri sərt qarşılayır. Vəziyyət o qədər gərgindir ki, Nensi Pelosini Tayvana çatdıracaq təyyarənin hədəf alınacağı haqqında xəbərdarlıqlar var.
Pentaqon narahatdır. Nensi Pelosi və onunla adaya gedəcək heyətlə bərabər ABŞ hərbi gəmiləri Hind-Sakit okean regionunda təlimlərə başlayıblar. Bu Pekinə xəbərdarlıq mahiyyəti daşıyır. Pekin geri addım atmır və qarşıdurmaya hazırdır. Pekin Tayvanın hava sahəsində uçuşa qadağan zona elan edə bilər. Tayvan hərbçiləri hava hücumundan müdafiəyə hazırlaşırlar.
Çin Xarici İşlər Nazirliyi xəbərdar edib ki, əgər bütün xəbərdarlıqlara rəğmən, Nensi Pelosi Tayvana gedərsə Çin müvafiq addımlar atmaqdan çəkinməyəcək və buna görə Vaşinqton məsuliyyət daşıyacaq. “Financial Times” dərgisi müxtəlif mənbələrə əsaslanaraq Pekinin ciddi olduğu qənaətinə gəlib. Belə vəziyyətdə Nensi Pelosi səfərdən imtina edəcəkmi? Ağ Ev və Pentaqon Nensi Pelosini səfərdən imtina etməyə razı salacaqmı? Çünki Çinlə münasibətlərdə əlavə gərginlik Ağ Ev administrasiyasına və Pentaqona lazım deyil. Böyük Britaniyanın digər dərgisi olan “The Daily Telegraph” Çinin Tayvanı ələ keçirmək ehtimalının artdığını yazıb.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan bütün ssenarilərə hazırlaşdıqlarını bildirib. “Biz strateji qeyri-müəyyənlik siyasətini davam etdiririk” deyən Sallivan müharibə başlayacağı halda ABŞ-ın iştirakçı olub-olmayacağıyla bağlı suala konkret cavab verməyib. Amerikalı generallar vəziyyət barədə məlumatlıdırlar və Çinin nə edə biləcəyini proqnozlaşdırırlar. Əslində amerikalı generallar Nensi Pelosinin indiki həssas dövrdə Tayvana səfərinin əleyhinədirlər.
Nensi Pelosi səfərdən imtina etməyib. Ancaq Nümayəndələr Palatasının sədri səfəri konkret hansı tarixdə reallaşacağı barədə fikir bildirmir. Pelosinin səfərdən imtinası qərarı onun imicinə mənfi təsr edəcək. Belə çıxacaq ki, Pelosi Pekinin hədələrindən qorxdu. Vaşinqton kimi Tokio da Çinin Tayvanı ələ keçirməsi ehtimalını yüksək qiymətləndirir. Tokio belə bir müharibənin başlamasını istəmir. Çünki müharibə başlayacağı halda Tokio Vaşinqtonu müdafiə edərək Çinlə üz-üzə qalacaq. Odur ki, Nensi Pelosinin adaya səfərini təxirə salması Yaponiyanın da maraqlarına cavab verir.