Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:47 | 1 avqust 2022 | Bazar ertəsi
Məqaləyə 2512 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsinin Tayvana enib-enməyəcəyi beynəlxalq aləmin diqqət mərkəzindədir. Pekin Vaşinqtonu xəbərdar edib ki, Pelosinin təyyarəsinin Çinə adi Tayvana enməsi halında qarşıdurma qaçılmazdır.
Bu arada, Çinin lideri Si Tsinpin beynəlxalq aləmdə gərginliyin artdığına diqqət çəkərək ölkə ordusunun modernləşdirilməsi zərurətini bildirib. Si Tsinpin bunu deyərkən Çinin milli təhlükəsizliyinə xarici təhdidlərin varlığına işarə edib. Tsi Sinpin xarici təhdid haqqında danışarkən ilk növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ancaq Çinin qonşularıyla da münasibətləri normal deyil.
Si Tsinpin mövcud vəziyyətdə ordunun peşəkar kadrlarla təmin olunması vacibliyini vurğulayıb. Tsinpin hesab edir ki, Çin ordusu standartlarını artırmalıdır. Bu hədəfə 5 ilə çatılması planlaşdırılır. Tsinpin “orduya peşəkar kadrlar cəlb olunmalıdır” dedikdə həmin kadrları partiyanın siyasi xəttinə sadiq qalması vaciblyini də sözlərinə əlavə edib.
Si Tsinpin ordunu nədən moderləşdirməyə və yeni kadrlarla təmin olunması vacibliyini səsləndirib?
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çinin artan gücü də beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. ABŞ, Yaponiya, Avstraliya, Hindistan, hətta Vyetnam da Çinin artan hədəflərindən narahatdırlar. Çinin Tayvan adasını ələ keçirmək planları da narahatlıq doğurur. Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir, sadəcə bunun nə zaman həyata keçiriləcəyi ilə bağlı hələ qərar verməyib. Pekin qarşısına belə bir hədəf qoyubsa, ordusunu modernləşdirməli və müasir silahlar təchiz etməlidir. Si Tsipinin “orduya cəlb olunanlar Kommunist Partiyasının siyasətinə sadiq qalmalıdırlar” fikri isə ona dəlalət edir ki, ordu komandanlığı partiyanın əmrlərini yerinə yetirməli və fərqli fikirlərə yer verilməməlidir.