İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:54 | 19 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 2255 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Ötən həftə Tehranda lentə alınan və bazar günü, sentyabrın 18-də yayımlanan CBS News-a müsahibəsində İbrahim Rəisi bir daha 1988-ci ilin yayında bir neçə min siyasi məhbusun edamında oynadığı birbaşa rolunu müdafiə edib.
“Onlara qarşı verilən cəza onların törətdikləri əmələ uyğun idi. Onlar insanları terror edirdilər”, – deyə, İran prezidenti müsahibəsində bildirib.
Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib.
İranın hazırkı prezidenti İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.
Beynəlxalq Əfv Təşkilatı bununla bağlı yaydığı bəyanatda İbrahim Rəisinin bir başa əli olduğu kütləvi edamları bəşəriyyətə qarşı cinayət adlandırıb və İran prezidentinin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.