Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:34 | 5 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1514 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Rusiyanın tərəfdaşları ilə “izahat” işini davam etdirir. Misal üçün ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün tez-tez erməni rəsmilərini Vaşinqtona dəvət edir, onlarla görüşlər və müzakirələr keçirir. Vaşinqtonun Pekinlə münasibətləri soyuqdur, Tayvan problemi gərginliyi daha da artırır. Bu baxımdan Vaşinqtonun Çin siyasətində uğuru yoxdur. Vaşinqton Rusiyanın daha bir tərəfdaşı – Hindistanla da fəal dialoq aparır.
Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Salivanla görüşdə ikitərəfli əməkdaşlığın inkişafı yollarını müzakirə edib. Salivan Hindistanın xarici işlər nazirinin inandırmağa çalışıb ki, Dehlinin hərbi və təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı məqsədəuyğun deyil. Amerikalı rəsmilər Hindistanın Rusiya ilə münasibətlərdə məsafə saxlamasının zərurətini vurğulayırlar. Ancaq Vaşinqtonda onu da anlayırlar ki, Hindistan-Rusiya münasibətləri onilliklərdir formalaşıb, Dehlinin siyasətinə təsir etmək üçün müəyyən zamana ehtiyac var. Yəni Dehli Vaşinqtonun istəyi ilə Kremllə əməkdaşlıqdan qısa müddətdə imtina etməyəcək.
ABŞ dövlət katibi Entoni Blinken də hindli həmkarını Rusiyadan uzaq dayanmağa inandırmağa çalışıb. Vaşinqton Ukraynada işğalçı müharibə fonunda Rusiyanı təcrid etməyə çalışarkən Dehlinin Rusiyadan silah və hərbi texnika almasının qarşını almağa çalışır.
Vaşinqtonun səylərinə baxmayaraq, Dehli Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək. Hindistan Rusiya ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatının və BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvüdür. Ancaq Dehlinin Rusiyadan aldığı hərbi texnikanın həcmi azalıb. Rusiya hərbi texnikasının keyfiyyəti Dehlidə suallar doğurmağa başlayıb. Buna görə də Dehli son illər Qərb ölkələrinin hərbi texnikasına üstünlük verməyə başlayıb.
Bu arada, ABŞ Hindistan vətəndaşlarına viza verilməsini azaldıb. Vaşinqton bunu koronavirusla əlaqələndirsə də, bu məsələdə siyasi təzyiq elementi görünür. Hindistanın informasiya texnologiyaları sahəsində mütəxəssislərinin, proqramçıların ABŞ-da çalışmaq istəyi müxtəlif problemlərlə üzləşib. Halbuki, ABŞ-ın hindli proqramçılara ehtiyacı var.