Avropada nikahlar nəzarətə alınır
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
12:11 | 15 oktyabr 2022 | Şənbə
Məqaləyə 1261 dəfə baxılıb
Şriftin ölçüsü
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Jurnalistlərin suallarını cavablandıran Tayyib Ərdoğan deyib ki, o, Praqada Nikol Paşinyanla görüşüb və Zəngəzur dəhlizinin açılması ilə bağlı elə bir problem görmür.
Cənab Ərdoğan ciddi siyasətçidir. Yəni o, boşuna belə bir bəyanat verməz...
Digər tərəfdən də Emmanuel Macron aranı qarışdırmaq üçün açıq şəkildə provokasiyaya əl atır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına məqsədli şəkildə mane olur...
Fransa nədən Ermənistanla Azərbaycan, eyni zamanda Türkiyə arasında sülh və əmin-amanlığın olmasını istəmir? Məncə, Böyük Britaniyanın Azərbaycanda, Azərbaycan üzərindən isə Cənubi Qafqazda nüfuz sahibi olması Fransanı qıcıqlandırır. Cənubi Qafqazda Fransanı da söz sahibi kimi görmək istəyən Emmanuel Macron həyasız şəkildə, yəni bütün qırmızı xətləri keçərək Ermənistanın tərəfini tutur.
İngilislər ağıllıdır. Elə ona görə də dünyanı onlar idarə edir. Cənubi Qafqazın ən güclü ölkəsi birmənalı olaraq Azərbaycandır. İngilislər də Azərbaycana üstünlük verir. Fransa situasiyanı dəyişmək istəyir. Bu məqsədlə də Ermənistana qaz verir (təbii qaz yox ha) və erməniləri inandırmağa çalışır ki, Azərbaycan və Türkiyəyə müqavimət göstərsə, bu prosesdən daha böyük uduşla çıxa bilər...
Kimsə deyə bilər ki, ABŞ da ermənilərin müdafiəsi üçün aşırı işlər görür. Məncə, ABŞ Ermənistanla Azərbaycan və Türkiyə arasında barış olmasının tərəfdarıdır. Fransa isə bunu qətiyyən istəmir...
Bir şeyi də deyim: Yadınızdadırsa, 2021-ci ilin elə bu vaxtlarında Avstraliya, Britaniya və ABŞ AUKUS adlı yeni alyansını yaratdı. Avstraliya Fransa ilə olan 60 milyard dollarlıq sualtı qayıq müqaviləsindən çıxdı və bu da öz növbəsində Fransa tərəfindən hiddətlə qarşılandı...
Yəni Fransa ilə ingilis düşüncəsinə bağlı ölkələr arasında ciddi ziddiyyətlər var. AUKUS-da Kanada niyə yer almayıb? Məntiqlə Kanada da orada olmalıdır. Səbəb çox sadədir. Çünki 37 milyon əhalisi olan Kanadanın separatizmə meylli Kvebek bölgəsində 8.5 milyon fransızdilli insan yaşayır...
Biz Azərbaycan olaraq ingilislərin yanında olmalıyıq. Qoy ermənilər fransızlara söykənsinlər. Yüz il bundan sonra da Fransa Böyük Britaniyanın nüfuzuna və gücünə sahib olan deyil. Heç kəs narahat olmasın...