
«Gelandewagen»li qatilə ağır cəza
Prokuror iki nəfəri öldürən məmur oğluna 12 il iş istədi
Prokuror iki nəfəri öldürən məmur oğluna 12 il iş istədi
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu danışdı
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu məhkəmədə yalan danışdı
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu and içib ki...
Abdullayev təzəliklə əməliyyat olunan gəlinindən də danışıb
Xalid Mədətovun qudurğanlığı onun diplomat qardaşının da karyerasına son qoydu
Məmur oğlunun qəzaya saldığı ailə hələ də xəstəxanaları gəzir
Elmar Vəliyev oğlunu kimdən və nədən qoruyur?
Sabiq rəis «qudurğan» adlandırdığı müavininə illərcə necə dözüb?
Sabiq rəis «qudurğan» adlandırdığı müavininə illərcə necə dözüb?
«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov Bakı İstintaq Təcridxanasında(BİT) saxlanılır. Bu haqda «Yeni Müsavat»a daxil olan məlumata görə X.Mədətovu həbs edəndən 1 gün sonra BİT-ə köçürüblər. Hazırda onun atası, qəzadan sonra prezidentin göstərişinə əsasən «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini vəzifəsindən qovulan M.Mədətov mahir tar ifaçısı Ağasəlim Abdullayevlə barışmaq üçün yollar arayır. («Yeni Müsavat»)
Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şossesində X.Mədətov sərxoş halda «Mercedes-Benz G-55» avtomobilinin idarə edərkən mahir tar ifaçısı Ağasəlim Abdullayev özü olduğu və oğlunun idarə etdiyi «VAZ-2106»-ya çırpılıb. Nəticədə A.Abdullayevin oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə Xalid Mədətov hadisə yerində çəkiliş aparmağa gələn jurnalistləri hədələyib, qanuni peşə fəaliyyətlərini yerinə yetirməyə mane olmağa çalışıb. X.Mədətovun sərxoş vəziyyətdə qəza törətməsinə rəğmən jurnalistləri hədələməsi, özünü qudurğan şəkildə aparması ölkə rəhbərliyində qıcıq yaradıb. Məhz bu məqam onun və atası ilə bağlı sərt qərara yol açıb.
Belə məlumatlar var ki, hər axşam qəzanın törədildiyi Zığ şossesində məmur övladları bahalı maşınlarla «avtoş»luq edirlər. Martın 15-də də belə olub. M.Mədətovun oğlu dostları ilə kef məclisindən sonra «avtoş»luq ediblər və faciəvi qəza meydana gəlib. Bu qəzadan sonra da «avtoş» məmur balaları arasında beton yol adlandırılan Zığ şossesində «ralli» təşkil olunur.
Qeyd edək ki, məmur oğlu barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
X.Mədətova 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təbii ki, A.Abdullayevlə barışıq baş tutmasa...