
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Moskva nə üçün Tehran əleyhinə “snapbake”ə qarşı çıxır?
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İran və Avropa arasında “snapback” krizi
İrandan Avropaya sanksiya xəbərdarlığı
Avropa ölkələri İrana qarşı “snapback” mexanizmini işə saldı
Agentliyin rəhbəri Rafael Qrossi yüksək səviyyəli qoruma altına alınıb
İranın Azərbaycana qarşı qışqırıq tonu səngimək bilmir, faktiki olaraq iki ölkə arasındakı münasibətlər hibrid müharibə mərhələsindədir.
İranın daxilində hakimiyyətə, idarəetmənin ali kürsüsündə əyləşən liderə qarşı ritorika sərtləşdikcə, Tehran qəzəbindən zəncir çeynəyir və zəhərini Azərbaycanın üzərinə tökmək xəttini davam etdirir.
Azərbaycanla sərhəddə Arazboyu üzrə hərbi güc nümayiş etdirən İran Bakını nəyəsə inandırmaq istəyir, lakin İslam Respublikasında korşalan, aşınan və erroziyaya uğrayan siyasi inanc mühiti Azərbaycanı qorxuda bilməz.
İranın təlimlərdə Araz çayı üzərində körpü salaraq “qarşı tərəfə” keçmək məşqlərinin də perspektiv əhəmiyyəti yoxdur, onu da bildirməliyik ki, İran bu hərbi təlim ssenarisini yalnız öz ərazisində icra edib, yəni Azərbaycan tərəfə keçməyib.
İrandakı orta təbəqə ilə aristokrat təbəqə arasındakı kəskin, iğtişaşlı münasibətlər sistemi teokratik rejimi etirazçılara qarşı zor tətbiq etmək potensialını inkişaf etdirməyə vadar edir.
Bu mənada cənub qonşumuzun həm “qara qutusu”, həm, qeyri-leqal gəlirlərinin mənbəyi, həm də böyük güc imperiyası olan SEPAH-ın keçirdiyi təlimlər ona etirazları yatırtmaq üçün vərdişlər qazandırır.
SEPAH-ın iğtişaşları yatıran əsas gücü 2-ci İmam Zaman Mexanikləşdirilmiş Briqadası və 31-ci Aşura Mexanikləşdirilmiş Diviziyasıdır ki, onların da təlimlərdə iştirakı haqqında məlumatlarda həqiqət payı çoxdur.
İranın beynəlxalq aləmdə təklənmişlik sindromunun yaratdığı qorxulardan əziyyət çəkməsi, İsrailin Tehranı kəşfiyyat platformalarında ağır məğlubiyyətlərə düçar etməsi, Türkiyənin regionda böyüyən əzələləri, Azərbaycanın yeni reallıqlar yaratması molla rejiminin iliklərini sızlatmaqda davam edəcək.
Ona görə də, İran hamam suyu ilə özünə dost tutmağa çalışır və Rusiyanın orbitinə söykənərək guya təhdidlərdən sığortalanmaq niyyətini güdür.
İran Rusiyaya kamikadze dronlar verməklə, faktiki olaraq Ukraynada mülki infrastrukturun dağıdılması prosesində canfəşanlığını nümayiş etdirir.
Lakin bunu İran diplomatiyasının perspektivi hesablaya bilməyən hissi davranışları kimi izah etmək olar ki, bu da Tehrana xeyli başağrıları gətirəcək.
Ortada incə bir xətt var, məsələn, Rusiya Qərbin İrana qarşı sanksiyalar dalğasına qarşı çıxmaq meylindən qaçıb və bir növ Tehranın cəzalandırılması prosesinin dolayı iştirakçısına çevrilib.
İran dron oyununa görə indi də yeni embarqo təzyiqləri ilə üzləşib, lakin bu, Rusiyanı zərrə də heysləndirmir.
Rusiya regiondakı tarixi rəqibini cəzalanmasında maraqlı kimi görünür və Tehranın tora düşməsində Qərbə bəlkə də stimullaşdırıcı subliminal verir.
Rusiyanın İranla bağlı aşkar və ya yarıaçıq strateji tutumu Tehranın qlobal sferadakı əməkdaşlıq prioritetlərinə zərbə vurur, İsrailin isə Moskva ilə əlaqələrə görə Ukraynaya silahlar verməməsi Kremlin artan ambisiya kursunu izləyir.
Yəni Rusiyanın Türkiyə, Azərbaycan və İsraillə pozitiv məna yükünə malik əlaqələri onun Bakı-Tehran gərginliyində ikinciyə üstünlük verməyəcəyini şərtləndirir.
Qərb çevrələrində Azərbaycanın Britaniya kimi yaxşı əlaqələri, hər nə qədər gərginlik yaşansa da, ABŞ-la strateji tərəfdaşlıq həddinə çatan münasibətləri mövcuddur.
Yəni Türkiyəni də, Rusiyanı da, ABŞ-ı da, Britaniyanı da, İsraili də, Türkiyəni də bir nöqtə birləşdirir – İran Azərbaycana hücum edə bilməz, əks təqdirdə, bunun bədəlləri ağır olar...