Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:20 | 7 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1082 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Pekinin son illərdə siyasi və hərbi ritorikası sərtləşsə də, Çin hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşması yollarını axtarır. Çin lideri Si Tsinpin ABŞ-la iqtisadi əlaqələri əvvəlki axarına qaytarmaq istəyir. ABŞ prezidenti Co Bayden də hərbi müşavirlərinə deyib ki, Çinlə münaqişə istəmir.
Bu baxımdan Pekinlə Vaşinqton arasında dialoqun genişləndirilməsi üçün imkanlar var. Ancaq Pekinin Tayvanla bağlı iddiası iki ölkə arasında yaxınlaşmağa problemlər yaradır. ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Çinə Tayvan adasını ələ keçirməyə imkan verməyəcək: “ABŞ Tayvanın müdafiə qüdrətini artıracaq”.
Si Tsinpin ABŞ-la toqquşmaq istəməsə də, Çin Kommunist Partiyasının qurultayında bildirib ki, Tayvanı istənilən vasitə ilə Çinə birləşdirəcək. ABŞ-ın “Atlantic” nəşrinin yazdığına görə, Ağ Ev sahibi Çinə yarımkeçiricilərin və çiplərin ixracını qadağan edib. Bu Çinin texnoloji baxımdan ABŞ-la eyni sırada durmaq imkanlarına zərbədir.
Beləliklə, Vaşinqton Çinə texnoloji sahədə dünya lideri olmasını əngəlləyir. Bundan qəzəblənən Pekin hərbi yarışda ABŞ-a cavab verməyə çalışır. Çin Asiya-Sakit okean bölgəsində hərbi dəniz donanmasının sayını artırıb. Ancaq bu siyasət Çinə əlavə problemlər yaradır. Çünki Çinin bu bölgədə hərbi gücünü artırması Amerika ilə yanaşı, Yaponiya, Hindistan, Avstraliya kimi ölkələri də narahat edib və bu ölkələr Pekinə qarşı ittifaq formalaşdırıblar.
ABŞ-ın nüfuzlu “Wall Street Journal” dərgisinin yazdığına görə Si Tsinpin hakimiyyətdə kadr dəyişiklikləri edərək hücum diplomatiyasına üstünlük verənləri vəzifələrə təyin edir. Misal üçün Si Tsinpinin ABŞ-a təyin etdiyi 56 yaşlı səfiri Sin Qan amerikalılarla daha sərt davranmağın tərəfdarıdır. Bu səfirin gələcəkdə Çinin xarici işlər naziri təyin olunacağı da istisna deyil.