
Ölkə boyu barrikadalar qurulur
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransada sosial şəbəkə üçün video çəkən qadın güllələndi
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Fransa prezidentinin impiçment məsələsi parlamentdə səsə qoyulacaq
Mümkün 3 ssenari
Anna Russkaya Müdrik Yaroslavlın qızı idi. Kral 1-ci Henrix onun gözəlliyi barədə eşidir və elçilərini göndərir. Arvadı 10 il əvvəl vəfat etdiyindən daha evlənmək istəməyən Yaroslavl qızını uzaq diyara ərə vermək istəmirdi. Lakin elçilər əl çəkməyərək istədiklərinə nail olurlar. Əslində, Fransa Almaniya ilə müharibə apardığından ona müttəfiq lazım idi. Dünya Annanın başına fırlanır, çünki normandiyalı muzdlu Filipp adlı gəncə vurulmuşdu.
Beləliklə, rus gözəli Fransaya yola salınır. Anna yoldaykən öyrənir ki, 1-ci Henrixin 40 yaşı var, bir sözlə, qoca kişiyə ərə gedir. O illərdə 40 yaşlı kişilər indiki dövrün 60 yaşlı kişiləri qədər qocalığa tez daxil olardılar.
Anna saraya çatır. Görür ki, kral deyiləndən yaşlı görünür, üzü qırış-qırışdır, özü də qapalı adamdır. Nikah günü uzanır. Çünki Anna şıltaqlıq edər, mübahisə yaradardı ki, kralın gözündən düşsün və onu geri qaytarsınlar. Lakin Henrixə müttəfiq lazım idi. Annanın bütün dəcəllyinə dözmək məcburiyyətində qalır. Nikah bağlanır. Toy gecəsi Anna kraldan pis iy gəldiyini sezir. Tələb edir ki, əgər bu dəqiqə yuyunmasa, onunla izdivaca daxil olmayacaq. Kral bunun əleyhinə çıxır ki, çimmək olmaz.
Həmin dövrdə Paris çirkab içində idi. Məhəllə və küçələri bürüyən üfunət paltar və divarlara o qədər hopmuşdu ki, tonqal yandırardılar ki, qoxunu aparsın. Adamlar hesab edərdilər ki, çimmək günahdır. Tanrı insanı necə yaradıbsa, dəriyə kənar müdaxilə olmaz. Həm də əgər yuyunanda dərinin məsaməsi açılarsa, xəstəliklər rahat şəkildə daxil olar. Kral Henrix də çimməz, yeməyi əllə yeyərdi. Anna otaq boyu qaçır, kral da onun ardınca. Nəhayət, əmr verir ki, ona isti su dolu çəllək gətirsinlər. Sarayda tapşırır ki, xalq onun çimməsini bilməməlidir. Onu çimdirirlər, saçlarının arasından bitləri təmizləyirlər. Nəhayət, izdivac baş tutur.
Anna krala yuyunmağın necə gözəl olduğunu desə də, toy günündən sonra 1-ci Henrix daha çimmir.
Fransanı çirkablar ölkəsi olmaqdan ata Rotşildin Parisə göndərdiyi oğlu xilas edir. Ata Rotşildin 5 oğlundan birini də ora göndərməsi, Fransanı dünyada söz sahibi edir. Və milyonlarla insanın həyatına son qoyan soyqırımların icraçısına qədər qudurdur.
Makron administrasiyasının prezident seçkilərində erməni diasporundan səs almasına yönəli siyasəti inandırıcı deyil. Makronu qlobalistlər hakimiyyətə gətirib, diasporanı da veclərinə alan deyillər. Makron bir icraçıdır. “Dovşana qaç, tazıya tut” siyasəti. Klassik yanaşmadır.
O ki qaldı Annaya... O, Parisin pis qoxusuna və kralın iyinə öyrəşir. Və biz də Fransanın sabit mövqeyinin olmamasına öyrənməliyik. Lakin bir addım da öz mövqeyimizdən geri çəkilməməliyik. (Vaxt.az)