İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:58 | 28 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 912 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İki gün öncə Azərbaycan əleyhinə fəaliyyətini dayandırdığını elan edən ermənipərəst ekspert Ehsan Movəhhediyan “Twitter”də yazıb: “Çərşənbə günü bizim Ermənistan səfirinin iştirakı ilə Qafqazın gələcəyi ilə bağlı toplantımız olacaq və mən İran-Ermənistan münasibətlərinin patologiyası ilə bağlı çıxış edəcəyəm”.
Tədbirin adı “Qafqazın gələcək perspektivi: Ermənistanın Qafqazın gələcəyinə yanaşması və regional və beynəlxalq güclərin fəaliyyətinin regionun gələcəyinə təsiri” kimi qeyd edilir.
Qeyd edək ki, ekspertin bununla bağlı dərc etdiyi elanda tədbirin onun rəhbərlik etdiyi “Əbrar-e Moaser” Araşdırma İnstitutu ilə İran Milli Müdafiə Universiteti yanında Milli Təhlükəsizlik İnstitutu tərəfindən keçiriləcəyi bildirilib.
Tədbirə Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan xüsusi qonaq qismində, anti-Azərbaycan mövqeyi ilə tanınan Şüeyb Bəhmən “Rusiyanın Qafqaza münasibəti” mövzusunda, ekspert Siyamək Kakayi “Türkiyənin Qafqazla bağlı fəallığı” mövzusunda, Azərbaycan əleyhinə qatı mövqeyi ilə tanınan siyasi şərhçi Əhməd Kazemi isə “Sionist rejimin Qafqaza münasibətdə fəallığı” mövzusunda çıxış edəcəklər.