
FED-lə bağlı proqnoz
“Goldman Sachs” bu il 3, 2026-da isə 2 faiz endirimi ola bilər
“Goldman Sachs” bu il 3, 2026-da isə 2 faiz endirimi ola bilər
İki FED rəsmisindən faiz açıqlaması
“Nomura” ABŞ məlumatı sonrası proqnozunu açıqladı
ABŞ-da məşğulluq məlumatları dayandırıla bilər
Qlobal bazarların faiz endirimi gözləntiləri yüksəlib
ABŞ naziri 50 baza bənd faiz endirimi gözləyir
FED-in faizi yüksək saxlaması maliyyə xərclərini artırır və tələbi zəiflədir
ABŞ Mərkəzi Bankına sədrlik üçün ön plana çıxanlar kimlərdir?
“FED-in sentyabrda faiz endirməsi riskli addım olar”
Qlobal bazarlar Trampın tarif qərarları və FED açıqlamaları ilə yön dəyişir
FED rəsmisi: “İqtisadiyyatda durğunluq var”
Ağ Ev müşaviri: “Səlahiyyətlərindən öncə siyasəti düşündüyünü sorğulamaq mümkündür”
Tramp Pauellə bağlı sərt danışdı
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
Tikinti ilə tanış olan ABŞ prezidenti faiz endirimi tələbini təkrarladı
“Trampın siyasətini və göstəriciləri nəzərə alın”
ABŞ Federal Ehtiyat Sistemi (FED) son həftələrdə ölkə daxilində iqtisadi fəallığın yavaşladığını və qiymətlərdə mülayim artımların olduğunu bildirib.
FED, Amerika iqtisadiyyatında mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən “Bej Kitab” hesabatının sentyabr sayını dərc edib.
Bankın 12 filialının təhlilləri ilə hazırlanan hesabatda 3 bölgədə iqtisadi aktivliyin bir qədər artdığı, aktivliyin sabit olduğu və ya azaldığı bildirilən rayonların sayının ötən hesabat dövründəki 5-dən 9-a yüksəldiyi bildirilib.
Hesabatda məşğulluq səviyyəsinin ümumilikdə sabit qaldığı, işdən çıxarılmaların nadir hallarda baş verdiyi və əmək haqqı artımlarının orta səviyyədə olduğu bildirilib.
Hesabatda əksər bölgələrdə istehsal aktivliyinin azaldığı və qarşıdakı aylarda regionlarda iqtisadi fəaliyyətin ümumilikdə sabit qalacağı və ya bir qədər yaxşılaşacağı, 3 bölgədə isə cüzi azalma proqnozlaşdırıldığı bildirilib.
“Ümumilikdə, ötən hesabat dövründə qiymətlərdə mülayim artım müşahidə olunub”, – deyə məlumatda bildirilir. Qarşıdakı aylarda qiymət və xərc təzyiqlərinin sabitləşməsi və ya azalması gözlənilir.